...

Bakıda qeyri-maddi mədəni irsin qorunması üzrə beynəlxalq QHT forumu keçiriləcək

Cəmiyyət Materials 26 Noyabr 2013 19:18 (UTC +04:00)
2-8 dekabr tarixlərində Bakıda keçiriləcək YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası çərçivəsində dekabrın 1-də qeyri-maddi mədəni irsin qorunması üzrə ilk beynəlxalq QHT forumu təşkil olunacaq.
Bakıda qeyri-maddi mədəni irsin qorunması üzrə beynəlxalq QHT forumu keçiriləcək

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

2-8 dekabr tarixlərində Bakıda keçiriləcək YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası çərçivəsində dekabrın 1-də qeyri-maddi mədəni irsin qorunması üzrə ilk beynəlxalq QHT forumu təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, forumda 150-dən artıq beynəlxalq QHT və Azərbaycan tərəfindən Azərbaycan Xalçaçılar Birliyi və Musiqi Dünyası İctimai Birliyinin nümayəndələri iştirak edəcəklər.

Forum qeyri-maddi mədəni irsin qorunmasında iştirakçı dövlətlərlə yanaşı, qeyri-dövlət təşkilatlarının rolunun aktivləşdirilməsi və onların beynəlxalq əməkdaşlığa töhfə vermələri baxımından müstəsna əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti