...

“ASAN xidmət” mərkəzlərində vətəndaşların ekoloji məlumatlılıq səviyyəsi artırılacaq

Cəmiyyət Materials 6 Dekabr 2013 10:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Əməkdaşlıq Memorandumunun əsas məqsədi bütün "ASAN xidmət" mərkəzlərində ekoloji layihələrin inkişafına dəstək, vətəndaşların ekoloji məlumatlılıq səviyyəsinin artırılması, maarifləndirmə sahəsində birgə fəaliyyətin qurulmasıdır.

Bundan əlavə, beynəlxalq səviyyədə ətraf mühitin qorunması ilə bağlı təşəbbüslərə qoşulmaq və digər qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı əhatə etmək Memorandumun məqsədini təşkil edən amillər kimi çıxış edir.

Qeyd edək ki, Dövlət Agentliyi ilə IDEA İB artıq ilk müştərək layihəyə start veriblər. Layihə haqqında ətraflı məlumatla ictimaiyyət yaxın zamanlarda tanış ola biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti