...

Azərbaycandakı palçıq vulkanlarının 60 faizi püskürməsə də, Yer səthinə daim qaz, su, palçıq çıxarır

Cəmiyyət Materials 23 Yanvar 2014 17:06 (UTC +04:00)
Azərbaycandakı palçıq vulkanlarının 60 faizi püskürməsə də, Yer səthinə daim qaz, su, palçıq çıxarırlar.
Azərbaycandakı palçıq vulkanlarının 60 faizi püskürməsə də, Yer səthinə daim qaz, su, palçıq çıxarır

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycandakı palçıq vulkanlarının 60 faizi püskürməsə də, Yer səthinə daim qaz, su, palçıq çıxarırlar. Bunu Trend-ə AMEA-nın Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Palçıq vulkanlarındakı püskürmə aktivliyinin 2 formada özünü göstərdiyini deyən alim bildirib ki, bəzi vulkanlar püskürmür, ancaq Yer səthinə daim qaz, su və palçıq çıxarır: "Azərbaycandakı palçıq vulkanlarının 60 faizi belə fəaliyyət göstərir. Onlar püskürməsələr də, özlərində topladıqları enerjiləri daim çıxarırlar. Belə vulkanlarda püskürmənin olacağı da gözlənilmir".

A.Əliyev deyib ki, püskürməyən vulkanlar Qobustanda daha çoxdur. Yalnız Qobustanda 100-dən çox palçıq vulkanı var. Ümumilikdə isə ölkədəki aktiv vulkanlar daha çox Cənubi Qobustanda yerləşir: "Azərbaycanda ən çox püskürən, nəhəng vulkanlar Cənubi Qobustandır. Abşeron yarımadasında da bir neçə belə vulkan var".

Qeyd edək ki, bu gün dünyadakı palçıq vulkanlarının 344-ü Azərbaycandadır. Onların da 133-ü Xəzərin Azərbaycan hissəsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti