...

Ombudsmanın nümayəndələri Bakı İstintaq təcridxanasında yoxlama aparıblar

Cəmiyyət Materials 7 Fevral 2014 17:14 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Bakı İstintaq təcridxanasında araşdırma aparıblar.
Ombudsmanın nümayəndələri Bakı İstintaq təcridxanasında yoxlama aparıblar

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Bakı İstintaq təcridxanasında araşdırma aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına başçəkmə həyata keçiriblər. Başçəkmədə MPQ-nin üzvü olan həkim də iştirak edib.

Başçəkmədə məqsəd təcridxananın tibb-sanitar hissəsində saxlanılma şəraiti və göstərilən tibbi xidmətin qiymətləndirilməsindən ibarət olub.

Araşdırma zamanı MPQ üzvləri tibb-sanitar hissənin palatalarına, cərrahi, stomatoloji, rentgen, dərmanların saxlandığı və digər otaqlara, laboratoriyaya, eyni zamanda, 20-dən çox qeydiyyat jurnalına baxış keçirib, 40-dan çox saxlanılan şəxslə müalicə olunduqları palatalarda görüşüb, onların sağlamlıq vəziyyətləri, onlara göstərilən tibbi xidmətlə maraqlanıb və tibbi kitabçalarla tanış olublar.

Saxlanılan şəxslərlə söhbət zamanı tibb-sanitar hissədə saxlanılma şəraiti, müalicə məsələləri və rəftarla bağlı şikayət daxil olmayıb, aşkar edilmiş xırda nöqsanlar MPQ üzvlərinin tövsiyəsi ilə müəssisə rəhbərliyi tərəfindən yerində aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti