• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Geologiya İnstitutu: Zəlzələdən sonrakı proqnozlar və təşvişlər əsassızdır

17 Fevral 2014 18:04 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İ.İzzət/

AMEA-nın Geologiya İnstitutu bəyan edir ki, fevralın 10-da baş vermiş zəlzələdən sonrakı proqnozlar və təşvişlər əsassızdır.

AMEA Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, fevralın 10-da Hacıqabul yaxınlığında baş vermiş 5,8 maqnitudalı zəlzələ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu və ABŞ alimləri tərəfindən birgə aparılan tədqiqatların nəticələrini doğruldur. Belə ki, 1998-ci ildən 2010-cu ilə qədər aparılmış araşdırmalardan sonra institutun direktoru, akademik Akif Əlizadə, elmi işlər üzrə direktor müavini, akademik İbrahim Quliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, həmçinin ABŞ-ın Massaçusets Tenxnologiya İnstitutunun alimləri - Mayk Floyd, Robert Reylinger, Sadi Kuleli, Kinq və Nafi Toksöz 2012-ci ildə "Natural Hazard" jurnalında birgə məqalə dərc etdirmiş, Şərqi Qafqaz ərazisində geodinamik prosesləri təsvir etmişlər. Alimlər bu elmi məqalə ilə Kür köçəkliyi, Abşeron, xüsusən də Bakıda yer qabığının sıxılması nəticəsində baş verən deformasiya prosesləri barədə ətraflı məlumat vermişlər. Bildirmişlər ki, bu ərazidə toplanmaqda olan güclü enerji yaşayış məntəqələrinə və Bakı ətrafında neft infrastrukturuna təhlükə törədə bilər.

F.Qədirov qeyd edir ki, 16 ildir Geologiya İnstitutunun alimləri amerikalı həmkarları ilə birgə GPS (qlobal yertəyinetmə sistemi) stansiya və məntəqələrinin imkanlarından istifadə edərək Qafqaz regionu, həmçinin Xəzər dənizində monitorinqlər aparır, yerin dərinliklərindəki prosesləri öyrənir. Müasir elmi tədqiqat texnologiyaları vasitəsilə izlənilən vəziyyətin təzahürü fevralın 10-da təbii yolla hər kəs tərəfindən müşahidə olunub. Bununla belə, alim əlavə edir ki, məqalədə böyük dağıntılara səbəb olacaq zəlzələ haqqında heç bir söhbət getmir. KİV-lərdə geniş miqyaslı fəlakətlər barədə yayılan informasiyalar məqalənin müəlliflərinə aid deyil.

Xatırladaq ki, "Natural Hazard" jurnalındakı məqalə yeni dərc olunduqda müəlliflərin məlumatları müəyyən KİV tərəfindən düzgün tərcümə olunmamış, yanlış anlaşılmış və ictimaiyyətdə böyük çaşqınlığa səbəb olmuşdu. Sonra alimlər açıqlama verərək məsələyə aydınlıq gətirmişlər.

Bir neçə il bundan qabaq akademik A.Əlizadə təbii fəlakətlər barədə elmi əsaslı məlumatların KİV-lərə yayılmazdan qabaq dəqiq yoxlanılması məqsədi ilə AMEA-da xüsusi mütəxəssislər qrupunun təşkili təşəbbüsünü irəli sürmüş, lakin təşəbbüs həyata keçirilməmişdi. F.Qədirov həmin ideyanın reallaşdırılmasını vacib sayır, belə bir mütəxəssislər qrupunun təşkilini zamanın tələbi hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • təşviş
  • AMEA
  • zəlzələ
  • Geologiya İnstitutu
Digər xəbərlər
Filippində 6,8 bal gücündə zəlzələ baş verib
Dünya xəbərləri 12:11
ADU-nun uğurlu layihəsi: universitetin vəzifəli şəxslərini tələbələr əvəzləyib (FOTO)
Cəmiyyət 13 Dekabr 15:55
Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib (FOTO)
Mədəniyyət 13 Dekabr 14:40
DİN-in Polis Akademiyasında anım mərasimi keçirildi (FOTO)
Cəmiyyət 11 Dekabr 10:09
Yunanıstanda 4,7 bal gücündə zəlzələ olub
Dünya xəbərləri 11 Dekabr 09:07
Krit sahillərində 5,4 bal gücündə zəlzələ olub
Dünya xəbərləri 11 Dekabr 04:25
Xəbər lenti
Azərbaycanın aqrar turizmdə böyük potensialı var
Turizm 13:39
Bakıda gənc oğlan relslərin üzərinə yıxılıb
Hadisə 13:29
Sabah hava necə olacaq?
Gündəm 13:12
“Sitrus vadisi”ndə bir gün - Aqrotur (FOTO)
İqtisadiyyat 12:52
Filippində 6,8 bal gücündə zəlzələ baş verib
Dünya xəbərləri 12:11
Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)
Nəzər nöqtəsi 11:34
"Milli Şura" acı məğlubiyyət yaşamamaq üçün seçkiləri boykot edib - Deputat
Siyasət 11:00
İsveçrə Azərbaycanla maliyyə məlumatlarını mübadilə edəcək
İqtisadiyyat 10:38
Vulkan püskürməsi nəticəsində qurbanların sayı 16-ya çatıb
Dünya xəbərləri 10:23
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat
ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri