...

Azərbaycanda pedaqoji təhsil alanlar üçün internaturanın tətbiqi mexanizminin hazırlanmasına başlanılıb

Cəmiyyət Materials 25 Fevral 2014 11:12 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi hazırda pedaqoji sahədə internatura modelinin tətbiqi mexanizmini hazırlayır.
Azərbaycanda pedaqoji təhsil alanlar üçün internaturanın tətbiqi mexanizminin hazırlanmasına başlanılıb

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi hazırda pedaqoji sahədə internatura modelinin tətbiqi mexanizmini hazırlayır.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində izləyicilərin sualları cavablandırılarkən bildirilib ki, həmin mexanizm təsdiq edildikdən sonra onun tətbiqinə başlanacaq.

Nazirlik bildirib ki, pedaqoji ixtisas üzrə orta ixtisas təhsili müəssisələrini bitirənlər müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçdikdən sonra öz ixtisasına uyğun məktəbdə müəllim işləyə bilərlər. Kolleclərə müəllim kimi işə qəbul olunma məsələsi isə təhsil müəssisələrinin səlahiyyətindədir və bu, direktorun əmri ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti