...

Gənclər və idman naziri Azad Rəhimov Şamaxıda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2014 12:24 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov Şamaxıda vətəndaşları qəbul edib.
Gənclər və idman naziri Azad Rəhimov Şamaxıda vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 25 fevral/ Trend, müxbir S.Əhmədova/

Bu gün Gənclər və İdman naziri Azad Rəhimov Şamaxı, Abşeron, Qobustan, Xızı rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edib.

Trend-in Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 40-a yaxın vətəndaşın iştirak etdiyi görüş Şamaxı Olimpiya İdman Kompleksində baş tutub.

20-ə yaxın müraciət Olimpiya İdman Komplekslərinin, idman zallarının tikintisi və təmiri, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi, fəxri adlarin verilməsi və digər mövzularla bağlı olub.

20-dən artıq müraciət isə gənclər mərkəzlərinin tikintisi və təmiri, ipoteka kreditlərinin verilməsi, sahibkarkarlara güzəştli kreditlərin verilməsi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması istiqamətində olub.

Digər müraciətlər isə işlə təminat və şəxsi məsələlərlə bağlı olub.

Bəzi məsələlər yerindəcə həllini tapmış, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülmüşdür

Məqalədə:
Xəbər lenti

Xəbər lenti