...

Azərbaycan Dövlət İqtisad Universitetinin yeni rektoru bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub

Cəmiyyət Materials 5 Mart 2014 18:25 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsinə təyin olunan Ədalət Muradov bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.
Azərbaycan Dövlət İqtisad Universitetinin yeni rektoru bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub

Azərbaycan, Bakı, 5 mart /Trend/

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsinə təyin olunan Ədalət Muradov bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, təhsil naziri Mikayıl Cabbarov Ə.Muradovu yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan Dövlət İqtisad Universitetinin ölkəmizin ali təhsil sistemində xüsusi yeri olduğunu qeyd edib, bu universitetin ölkənin iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq, prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsində vacib rolunu vurğulayıb.

Sonra universitetin yeni rektoru təyin olunan Ə.Muradov ona göstərilən etimada görə ölkə Prezidentinə təşəkkürünü bildirib, bu ali təhsil müəssisəsini yaxşı tanıdığını və ənənələri olan təhsil ocağı olduğunu nəzərə çatdırıb. O, çıxışında ali təhsilin əsas məqsədinin ölkədə insan kapitalının inkişafı, təhsilalanın müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi olduğunu qeyd edib.

Məlumat üçün bildirək ki, yeni təyin olunan rektor Ə.Muradov 1962-ci ildə Ağdam rayonunda anadan olub. 1990-cı ildə Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. 1993-cü ildən iqtisad elmləri namizədi, 1998-ci ildən iqtisad elmləri doktorudur. 60-dan artıq elmi və tədris-metodiki əsərin müəllifidir.

1995-1999-cu illərdə Kiyev Dövlət Universitetinin dosenti olub. Sonradan isə Dövlət İdarəçilik Akademiyasında dosent vəzifəsində çalışıb. Bu vəzifəyə təyin olunanadək İqtisadiyyat və Sənaye Nazirliyində İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində işləyib.

Ailəlidir, 2 övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti