...

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Cəmiyyət Materials 4 Aprel 2014 10:15 (UTC +04:00)
Aprelin 4-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Aprelin 4-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

Trend-in məlumatına görə, qəzetin yeni sayında oxucular 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF-2014), 2015-ci ilə kimi Azərbaycanın ABŞ-a birbaşa uçuşlar həyata keçirəcəyi, Dövlət Neft Fondunun Asiya və Sakit okean hövzəsində daşınmaz əmlak kompleksi əldə etməsi, Azərbaycan milli parklarının rəngarəng təbiəti, məşhur fransız müğənni Partisia Kasın dünya turu çərçivəsində Bakıda konsert verəcəyi və digər məqalələrlə tanış ola bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti