...

"AtaBank" beynəlxalq "Tour d’Azerbaijan" veloyürüşünə dəstək verir

Cəmiyyət Materials 8 May 2014 17:38 (UTC +04:00)
Mayın 7-dən 11-dək ölkəmizdə Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu "Tour d'Azerbaidjan" beynəlxalq veloturuna dəstək olaraq "AtaBank" ASC iştirakçıları səyyar bankomatı olan "AtaMatik" ilə müşayiət edəcək.
"AtaBank" beynəlxalq "Tour d’Azerbaijan" veloyürüşünə dəstək verir

Azərbaycan, Bakı, 8 may /Trend/

Mayın 7-dən 11-dək ölkəmizdə Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu "Tour d'Azerbaidjan" beynəlxalq veloturuna dəstək olaraq "AtaBank" ASC iştirakçıları səyyar bankomatı olan "AtaMatik" ilə müşayiət edəcək.

Bankdan Trend-ə verilən məlumata görə, 5 gün boyunca velosipedçiləri ölkəmizin Sumqayıt, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Şamaxı və digər bölgələrində müşayiət edəcək "AtaMatik" iştirakçılara, habelə azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradacaq.

"AtaBank" ASC-nin səyyar bankomatı olan "AtaMatik" vasitəsilə hər kəs bank kartı vasitəsilə nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara biləcək.

Öz müştərilərinə daim innovativ texnoloji imkanlar təqdim edən "AtaBank" ASC-nin İdarə Heyətinin üzvü - icraçı direktor Elnur Osmanov bildirib ki, bank belə mötəbər yarışa dəstək verdiyi üçün qürur duyur. Azərbaycanın regionlarına mütəmadi olaraq səyahət edən "AtaMatik"dən minlərlə vətəndaşın yararlandığını qeyd edən E.Osmanov onu da əlavə edib ki, əhali yarışın qrafikinə uyğun tur boyunca səyyar bankomatın imkanlarından tam faydalana bilər.

"Bundan əlavə yay aylarında "AtaBank" ölkənin fərqli regionlarında, əhalinin sıx olduğu istirahət obyektlərində əhaliyə "AtaMatik"dən istifadə etmək imkanı yaradacaqdır", - deyən E.Osmanov nitqinin sonunda idman sevərləri veloturda iştirak edəcək Azərbaycanın "Synergy Baku" komandasına dəstək olmağa çağırıb.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük banklardan biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə bankın səhifəsini ziyarət edə bilərlər - www.facebook.com/ AtaBank.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti