...

Azərbaycanda havanın temperaturu bir qədər enəcək, bəzi yerlərdə leysan, dolu yağacaq

Cəmiyyət Materials 2 İyun 2014 13:08 (UTC +04:00)
Bu gündən Azərbaycanda ötən günlərlə müqayisədə nisbətən sərin hava şəraiti müşahidə ediləcək.
Azərbaycanda havanın temperaturu bir qədər enəcək, bəzi yerlərdə leysan, dolu yağacaq

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən Azərbaycanda ötən günlərlə müqayisədə nisbətən sərin hava şəraiti müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, iyunun 3 və 4-də ölkədə qeyri-sabit hava şəraiti müşahidə ediləcək, temperatur 3-4 dərəcə enəcək.

İyunun 3-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Bəzi yerlərdə qısamüddətli yağış yağacaq, şimal küləyi əsəcək. Axşama və gecəyə doğru arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti olacaq.

İyunun 3-də Azərbaycanın əksər rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şimal küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir göclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti