...

Azərbaycan Ordusunun əsgəri yaralanıb

Cəmiyyət Materials 3 İyun 2014 10:56 (UTC +04:00)
Azərbaycan Ordusunun əsgəri yaralanıb, vəziyyəti ağırdır.
Azərbaycan Ordusunun əsgəri yaralanıb

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycan Ordusunun əsgəri yaralanıb, vəziyyəti ağırdır.

Trend-in məlumatına görə, iyunun 2-də Müdafiə Nazirliyinin Ağdam bölgəsində yerləşən "N" saylı hərbi hissəsində əsgər Mirzəyev Nahid Namiq oğlunun təhlükəsizlik qaydalarına əməl etməməsi və ehtiyatsızlııqdan açdığı atəş nəticəsində onun əsgər yoldaşı Məmmədov Zöhrab İlyas oğlu yaralanıb.

Yaralı əsgər hospitala yerləşdirilib, vəziyyəti ağırdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı Trend-ə təsdiqləyiblər.

Faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti