...

QMİ təkmilləşdirmə kurslarını bitirmiş din xadimlərinə sertifikat təqdim edib

Cəmiyyət Materials 6 İyun 2014 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəzdində fəaliyyətə başlamış din xadimlərinin təkmilləşdirmə kurslarının ilk mərhələsi başa çatıb.

Trend xəbər verir ki, qiymətləndirmə prosesindən sonra bu gün kursun ilk 50 müdaviminin buraxılış mərasimi keçirilib. Mərasimdə din xadimlərinə kursu bitirmələrinə dair müvafiq sertifikat təqdim olunub. Bir neçə gündən sonra isə din xadimlərinə QMİ tərəfindən hazırlanmış vahid geyim forması da veriləcək.

Təkmilləşdirmə kurslarına cəlb olunmuş din xadimləri - Azərbaycanın müxtəlif bölgələrini təmsil edən axundlar və imamlar bir aylıq müddət ərzində yüksək səviyyədə təşkil olunmuş mühazirələr dinləyib, müasir informasiya texnologiyaları ilə işləmək vərdişlərini dərinləşdirib, dini bilik səviyyələri ilə yanaşı, ictimai və dünyəvi biliklərini artırmaq imkanına malik olublar.

Din xadimləri bu dövr ərzində din-dövlət münasibətləri, din xadimlərinin nitq mədəniyyəti, Vətən tarixi, mədəniyyəti, dini maarifləndirmədə KİV-in rolu və s. mövzularda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə müşaviri Kamal Abdulla, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Salahlı, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə və sədrin müavinləri, Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin tanınmış alimlərinin sanballı mühazirələrini dinləyiblər.

Bundan əlavə, kurslara cəlb olunmuş din xadimləri tədris müddəti ərzində Şəhidlər xiyabanında olub, Mir Mövsüm Ağa ziyarətgahını və Bibiheybət məscidini ziyarət edib, Heydər Əliyev Mərkəzi, Ədəbiyyat Muzeyində və başqa məkanlarda olublar.

Kursun məzunu olmuş din xadimləri çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevə, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadəyə və kursların təşkilində birbaşa zəhməti keçən hər kəsə təşəkkürlərini bildiriblər.

Həm şiə, həm də sünni məzhəbindən olan din xadimləri bu təkmilləşdirmə kursunun onlar üçün çox səmərəli olduğunu deyiblər. Onların fikrincə, burada öyrəndiklərinin gələcəkdə onların işində çox böyük faydası olacaq: "Əgər bu günədək Azərbaycanda biz axund və imamları məclis mollası kimi tanıyırdılarsa, bundan sonra əsl ruhani olduğumuzu görəcəklər".

Azərbaycan dövlətinin qayğısı və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə ərsəyə gəlmiş təkmilləşdirmə kursları zamanı din xadimlərinin xüsusi ayrılmış məkanda qalmaları üçün bütün şərait yaradılıb, qidalanma, nəqliyyat və s. xərcləri QMİ tərəfindən qarşılanıb.

Din xadimlərinin təkmilləşdirmə kursları mütəmadi olaraq bundan sonra da davam edəcək.

Kursun məzunu olmuş din xadimləri çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevə, QMİ sədri Şüyxulislam Allahşükür Paşazadəyə və kursların təşkilində birbaşa zəhməti keçən hər kəsə təşəkkürlərini bildiriblər.

Həm şiə, həm də sünnni məzhəbindən olan din xadimləri bu təkmilləşdirmə kursunun onlar üçün çox səmərəli olduğunu dedilər. Onların fikrincə, burada öyrənilənlərin gələcəkdə onların işində çox böyük faydası olacaq: "Əgər bugünədək Azərbaycanda biz axund və imamları məclis mollası kimi tanıyırdılarsa, bundan sonra əsl ruhani olduğumuzu görəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti