...

Gəncədə tibb işçilərinin peşə bayramı qeyd olunub (FOTO)

Cəmiyyət Materials 17 İyun 2014 17:17 (UTC +04:00)
17 iyun - tibb işçilərinin peşə bayramı hər il olduğu kimi, bu il də Gəncə şəhərində yüksək səviyyədə qeyd olunub və təntənəli yığıncaq keçirilib.
Gəncədə tibb işçilərinin peşə bayramı qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

17 iyun - tibb işçilərinin peşə bayramı hər il olduğu kimi, bu il də Gəncə şəhərində yüksək səviyyədə qeyd olunub və təntənəli yığıncaq keçirilib.

Bu əlamətdar gün münasibətlə keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, İcra Hakimiyyətinin məsul işçiləri, səhiyyə müsəssisələrinin rəhbərləri və işçi kollektivləri, ictimaiyyət fəalları iştirak ediblər. Tədbir iştirakçıları öncə şəhərin Mərkəzi meydanında ulu öndər Heydər Əliyevin əziz xatirəsinə sonsuz sevgi və ehtiramın ifadəsi olaraq onun abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

Tədbir Gəncə şəhər İcra Hakimiyyətinin böyük zalında davam edib.

Təntənəli yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev çıxış edərək şəhər səhiyyəsinin inkişafına, əhalinin sağlamlığının qorunmasına, tibb işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına göstərdiyi hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirməklə, şəhərin bütün səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib. Qeyd edib ki, bu bayramı səhiyyə işçilərinə ulu öndərimiz Heydər Əliyev 2001-ci ildə imzaladığı sərəncamla bəxş edib. Səhiyyə işçilərinin bayramı Azərbaycan Xalq Cümhuriyyətində Səhiyyə Nazirliyinin yarandığı günə təsadüf etdiyinə görə bu gün peşə bayramı kimi qeyd olunur. Ulu öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən səhiyyə islahatları infrasturukturun yeniləşdirilməsinə, tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə və səhiyyənin inkişafına xidmət edir.

Bu gün Gəncədə müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən əsaslı şəkildə təmir edilərək müasir avadanlıqlarla təchiz edilir, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi, səhiyyə işçilərinin problemlərinin həlli diqqət mərkəzində saxlanılır.

Şəhər Səhiyyə İdarəsinin rəisi, Azərbaycan Respublikasının əməkdar həkimi Mehman Rzayev Gəncə səhiyyəsinin inkişaf tarixindən, son illər həyata keçirilən möhtəşəm tədbirlərdən və bu istiqamətdə görülən işlərin uğurla davam etdiriləcəyindən danışıb.

AMEA-nın Gəncə Bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, tibb işçilərindən Aynur Ağabəyli, Raya Məmmədova, Xalidə Sadıqova və başqaları çıxış edərək ölkə rəhbərliyi tərəfindən səhiyyə işçilərinə göstərilən diqqət və qayğını yüksək dəyərləndirdiklərini, Gəncədə aparılan möhtəşəm abadlıq-quruculuq işlərinin fövqündə əhalinin sağlamlığının da prioritet məsələ olaraq diqqət mərkəzində saxlanıldığını, bu sahədə öhdələrinə düşən hər bir işi fədakarlıq və məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər.

Səhiyyə işçiləri şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edərək kütləvilik və böyük coşqu nümayiş etdirirlər. Onların əksəriyyəti YAP Gəncə şəhər təşkilatının fəallarıdır. Tədbirdə partiya sıralarına yeni qəbul olunanlardan bir qrupuna üzvlük vəsiqələri təqdim edilib.

Sonda şəhərin qabaqcıl səhiyyə işçilərinə İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti