...

AMEA üzvlüyünə seçkilərin nəticələri yaxın saatlarda açıqlanacaq

Cəmiyyət Materials 30 İyun 2014 12:25 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilir.
AMEA üzvlüyünə seçkilərin nəticələri yaxın saatlarda açıqlanacaq

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilir.

Akademiyadan Trend-ə verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş ümumi yığıncaqda AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, AMEA-nın həqiqi üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfər namizədliyini irəli sürüb. A.Əlizadə akademik seçkilərin istər hüquqi, istərsə də texniki baxımdan müasir tələblərə uygun və şəffaf aparılacağına əminliyini ifadə edib.

Hazırda akademiyanın bölmələri üzrə təşkil olunmuş məntəqələrdə səsvermə aparılır. Yaxın saatlarda seçkilərin nəticələri açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti