Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Yeni tədris ilinin ilk günündə Bakı və Abşeron yarımadasında havanın küləkli olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün və sabah isti hava şəraiti davam edəcək. Lakin sentyabrın 10-dan başlayaraq Bakıda və Abşeron yarımadasında fasilələrlə şimal-qərb küləyi əsəcək.
Ümumilikdə sentyabrın 10-dan sonra temperaturun bu günlərlə müqayisədə aşağı olacağı, küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.
İlkin proqnozlara görə, sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Sentyabrın 10-15-də havanın temperaturunun 30 dərəcədən yüksək olacağı gözlənilmir.
Qeyd edək ki, Azərbaycanda Bilik Günü sentyabrın 15-də qeyd edilir.