Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
Qondarma "Dağlıq Qarabağ respublikası"nda təqribən 200 Suriya ermənisi (30-35 ailə) yaşayır. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu qondarma respublikanın baş naziri Ara Arutunyan deyib.
Onun sözlərinə görə, Suriya erməniləri qondarma respublikanın qərbindəki Kaşatağ rayonunda məskunlaşıblar: "Həmin ərazidə boş torpaq sahələri çoxdur".
A.Arutunyan qeyd edib ki, onlar yaşadıqları ərazidə buğda yetişdirirlər, çünki Suriyada da elə bu işlə məşğul olublar: "Biz şadıq ki, onlar bu yolla ailələrini dolandıra bilirlər. Deməliyəm ki, onlar çox yaxşı işçidirlər".
O, əlavə edib ki, Suriya ermənilərinin mənzil və məişət şəraiti təmin edilib.