...

Azay Quliyev bankları QHT nümayəndələrindən artıq pul almaqda ittiham etdi

Cəmiyyət Materials 28 Oktyabr 2014 15:38 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı Azay Quliyev bankları QHT-lərə qarşı qanunsuzluqda günahlandırdı.
Azay Quliyev bankları QHT nümayəndələrindən artıq pul almaqda ittiham etdi

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Parlamentinin deputatı Azay Quliyev bankları QHT-lərə qarşı qanunsuzluqda günahlandırdı.

Trend-in məlumatına görə, Milli Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri A.Quliyev parlamentin bugünkü iclasında bankları tənqid edib.

Millət vəkili deyib ki, bəzi banklar öz müştəriləri arasında ciddi fərq qoyur, QHT-lərdən ağlasığmaz dərəcədə yüksək xidmət haqqı tələb edirlər: "Əgər hansısa xidmət üçün digər müştərilərdən 1 manat 50 qəpik tələb olunursa, QHT-lərdən 100 manat, bəzən isə 1000 manat xidmət haqqı tələb edilir. Bu, açıq-aşkar qanunsuzluqdur və məsələyə yüksək səviyyədə münasibət bildirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti