...

Gəncədə Milli Dirçəliş Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2014 18:24 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş birgə tədbir keçiriblər.
Gəncədə Milli Dirçəliş Günü qeyd olunub (FOTO)

Gəncə şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş birgə tədbir keçiriblər. Tədbirdə partiya fəalları, ziyalılar və gənclər iştirak ediblər.

Şəhər təşkilatı İdeoloji şöbənin müdiri Hüseyn Budaqov tədbiri giriş sözü ilə açaraq, iştirakçıları Milli Dirçəliş Günü münasibətilə təbrik edib, onlara səmərəli fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, tarixi reallıqlar bu gün xalqımızın şərəfli salnaməsinə çevrilib. Əgər 17 noyabr hadisələri olmasaydı, 1991-ci ilin 18 oktyabr - Azərbaycan müstəqilliyi olmazdı. 1995-ci ildə yeni Konstitusiyamız olmazdı. Hamıya bəllidir ki, tariximizə bu şanlı səhifələri böyük düha sahibi, ümummilli liderimiz Heydər Əliyev yazıb. Xalq hərəkatının başlanğıcı olan 17 noyabr günü müasir Azərbaycan tarixinə Milli Dirçəliş Günü kimi həkk olunub.

1993-cü ilin həyəcanlı və ağır günlərində görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə milli-azadlıq hərəkatı özünün həlledici mərhələsinə daxil olub. Xalqımızın istiqlal mücadiləsinin bu gün bəhrəsini görür və sonsuz qürur hissi keçiririk.

Böyük Heydər Əliyevin özü qədər inandığı Azərbaycan Respublikasınn Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan gündən-günə qüdrətlənir, güclənir və dünya miqyasında nüfuzunu daha da yüksəldir.

Çıxış edənlər ölkəmizin parlaq gələcəyi, firavan həyatı naminə ölkə başçısı cənab İlham Əliyevin ətrafında daim sıx birlik nümayiş etdirəcəklərini bəyan etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti