...

Bakıda beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 24 Noyabr 2014 13:08 (UTC +04:00)
Noyabrın 25-də Bakıda “Konüllük fəaliyyəti–cəmiyyətin sosial həyatında gənclərin iştirakı forması kimi” adlı beynəlxalq konfrans keçiriləcək.
Bakıda beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Noyabrın 25-də Bakıda "Konüllük fəaliyyəti-cəmiyyətin sosial həyatında gənclərin iştirakı forması kimi" adlı beynəlxalq konfrans keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir nazirliyin və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Konfransın keçirilməsində məqsəd könüllülük hərəkatının inkişaf etdirilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlagələrinin genişləndirilməsidir.

Konfrans çərçivəsində Bakı şəhərində "Sosial sahələrdə gənclərin könüllülük fəaliyyətinin inkişaf etdirilməsi"; "Humanizm dəyərlərinin və vətəndaşlıq tərbiyəsinin təbliği"; "Könüllülük fəaliyyətinin inkişaf etdirilməsi vasitəsilə gələcəyin liderlərinin yetişdirilməsi" və sair mövzularda sessiyaların keçirilməsi planlaşdırılıb. Gəncə şəhərində Azərbaycanın 21 şəhər və rayonunu təmsil edən gənclərin iştirakı ilə "Gənclər və könüllülük: gənclərin sosial həyatda və öz həyatlarına təsir edən qərarların qəbulunda iştirakı" mövzusunda konfransın keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, beynəlxalq konfrans "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının Tədbirlər Planının 6.8.7 yarımbəndinə (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi), MDB üzv dövlətlərinin 2014-2015-ci illərdə "Gənclərin beynəlxalq əməkdaşlığına dair strategiyası"nın IX fəslinə (Gənclərlə iş sahəsi) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və UNİCEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyi arasında 2014-2015-ci illərə dair imzaladığı birgə dövrü fəaliyyət planının 2.2 yarımbəndinə əsasən keçirilir.

Bu səpkili konfrans Gəncə şəhərində də gerçəkləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti