...

Böyük Qafqazda eroziyaya uğramış torpaqlardan səmərəli istifadə üçün təkliflər hazırlanıb

Cəmiyyət Materials 3 Dekabr 2014 17:32 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Eroziya və Suvarma İnstitutu Böyük Qafqazın cənub-şərq yamacında eroziyaya uğramış torpaqlardan səmərəli istifadə üçün təkliflər hazırlayıb.
Böyük Qafqazda eroziyaya uğramış torpaqlardan səmərəli istifadə üçün təkliflər hazırlanıb

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Eroziya və Suvarma İnstitutu Böyük Qafqazın cənub-şərq yamacında eroziyaya uğramış torpaqlardan səmərəli istifadə üçün təkliflər hazırlayıb.

İnstitutun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, laboratoriya müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirvari Məmmədova bildirib ki, müxtəlif təbii və antropogen təsirlər nəticəsində torpaqlarda baş verən eroziya prosesi son nəticədə onların münbitliyinin zəifləməsinə gətirib çıxarır. Bu da torpaq-bitki örtüyünün deqradasiyasına və bunun nəticəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının kəskin aşağı düşməsi və beləliklə də əhalinin ərzaq və enerji ehtiyatlarının ödənilməsində iqtisadi-sosial çətinliklər yaradır.

Tədqiqat aparılan Qobustan rayonu ərazisində açıq boz-qəhvəyi (şabalıdı) torpaqlar geniş sahələri əhatə edır. Həmin torpaqların uzun müddət taxıl bitkiləri altında istifadə edilməsi antropogen gərginliyi artıraraq onların eroziyaya uğramasına əlverişli şərait yaradıb.

M.Məmmədova qeyd edib ki, Böyük Qafqazın cənub-şərq yamacında geniş sahələri əhatə edən orta dərəcədə eroziyaya uğramış açıq boz-qəhvəyi (şabalıdı) torpaqlardan səmərəli istifadə etmək, eroziyaya uğramış yamacları bərkitmək məqsədilə onların münbitliyini yaxşılaşdırmaq və heyvandarlığın inkişafında xüsusi yer tutan yüksək keyfiyyətli bol yem bazası yaratmaq üçün çoxillik ot bitkilərinin becərilməsinə geniş yol verilməlidir. Aqrotexniki qaydalara əməl etməklə səpini sentyabr-oktyabr aylarının birinci rübündə aparmaq daha məqsədəuyğundur. Xaşa bitkisinin səpin norması hektara 100-110 kq götürülməli, sahə yamacın eni istiqamətində şumlanmalı və bundan sonra həmin sahələrdə payızlıq taxıl bitkiləri səpilməlidir. Xaşa bitkisindən yüksək məhsul almaq, onun kök sisteminin daha çox toplanmasını təmin etmək üçün mineral gübrə normalarından istifadə olunması tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti