...

Bakının Nobel prospektində hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 19 Dekabr 2014 09:53 (UTC +04:00)
Bakının Nobel prospektində hərəkət məhdudlaşdırılır.
Bakının Nobel prospektində hərəkət məhdudlaşdırılır

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakının Nobel prospektində hərəkət məhdudlaşdırılır. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, bu gün saat 11:30-dan etibarən Bakının Nobel prospektində yolda aparılacaq xətləmə işləri ilə əlaqədar "Ağ şəhər"dən paytaxtın mərkəzi istiqamətində yolda hərəkət qismən məhdudlaşdırılacaq.

İşlərin bir neçə saat ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti