...

Bakıda yeni dənizkənarı avtomobil yolunun istismara veriləcəyi vaxt açıqlandı

Cəmiyyət Materials 19 Dekabr 2014 10:02 (UTC +04:00)
Gələn ilin birinci rübündə Bakının Nobel prospektinə paralel dənizkənarı avtomobil yolunun istismara verilməsi nəzərdə tutulur.
Bakıda yeni dənizkənarı avtomobil yolunun istismara veriləcəyi vaxt açıqlandı

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İlkin İzzət/

Gələn ilin birinci rübündə Bakının Nobel prospektinə paralel dənizkənarı avtomobil yolunun istismara verilməsi nəzərdə tutulur. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, paytaxtın Nobel prospektinə paralel dənizkənarı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bağlantı yollarla birlikdə ümumi uzunluğu 2 km-dən artıq planlaşdırılan yol 8 hərəkət zolağından ibarət olacaq. Layihə üzrə yolun üstündə 2 dairəvi qovşaq, 3 yeraltı piyada keçidi nəzərdə tutulub. Artıq piyada keçidlərində tikinti-quraşdırma işləri başa çatdırılıb, hazırda həmin ərazilərdə abadlıq işləri aparılır. Bundan əlavə, yolda asfalt-beton örtüyünün döşənməsi işinin böyük hissəsi başa çatdırılıb. Hazırda səki daşları düzülür".

P.Mürsəliyev qeyd edib ki, eni 45 m olacaq yolun bir zolağı nəqliyyat vasitələrinin park edilməsi üçün nəzərdə tutulur.

Mətbuat katibinin fikrincə, ayırıcı zolaq və müasir işıqlandırma sistemi nəzərdə tutulan yol istismara verildikdən sonra Neftçilər və Nobel prospektlərinin yükü xeyli azalacaq. Bundan əlavə, yaxın gələcəkdə sözügedən yoldan "Ağ şəhər" ərazisinə nəqliyyat bağlantısı yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti