...

YAP Gəncə şəhər Təşkilatında möhtəşəm konsert (FOTO)

Cəmiyyət Materials 20 Dekabr 2014 12:08 (UTC +04:00)
23 dekabr bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə, böyük mütəşəkilliklə keçirilib. Partiya fəalları öz müvəffəqiyyətlərini möhtəşəm konsert proqramı ilə qeyd ediblər.
YAP Gəncə şəhər Təşkilatında möhtəşəm konsert (FOTO)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

23 dekabr bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə, böyük mütəşəkilliklə keçirilib. Partiya fəalları öz müvəffəqiyyətlərini möhtəşəm konsert proqramı ilə qeyd ediblər. Bayram əhval-ruhiyyəsində tədbirə qatılan seçicilər,namizədlər, partiya fəalları, ziyalılar və gənclər bu uğuru bütün ölkədə olduğu kimi, Şeyx Nizami yurdu Gəncədə də geniş abadlıq-quruculuq işlərinin, gəncəlilərin rifahının yaxşılaşdırılmasının ən böyük qayğıkeşı olan cənab İlham Əliyevin müdrik siyasətinə inam və sədaqətin təntənəsi olaraq dəyərləndiriblər.Bütün gəncəlilər, xüsusən YAP Gəncə şəhər Təşkilatının çoxminli üzvləri sevinc və qürur hissi keçirirlər. Hər kəs işıqlı sabaha ümidli və arxayındır: bələdiyyə seçkiləri şəffaf,demokratik və aşkarlıq şəraitində keçiriləcək, seçicilərin iradəsi və qətiyyəti bu siyasi kampaniyanın uğurunu şərtləndirəcək, ulu öndər Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası daha bir zəfərini, qələbəsini qeyd edəcək.

YAP Gəncə şəhər Təşkilatının böyük iclas salonunda Gəncənın tanınmış incəsənət ustaları, Musiqi Kollecinin tələbələri geniş və maraqlı konsert proqramı ilə cıxış ediblər. Konsert "Azərbaycan" mahnısı ilə başlayıb.Sonra Mürsəl Əsgərovun ifasında "Etüd" səsləndirilib. "Ozan" qədim xalq çalğı alətləri,"Buta" vokal-instrumental və "Gənc qığılcımlar" ansambllarının ifasında bir-birindən maraqlı,rəngarəng ifalar iştirakçilar tərəfindən böyük rəğbətlə və alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti