...

Fizika İnstitutu Kembric Universiteti ilə birgə elmi layihələr həyata keçirə bilər (FOTO)

Cəmiyyət Materials 9 Yanvar 2015 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu ilə Kembric Universiteti arasında birgə elmi layihələrin həyata keçirilməsi müzakirə edilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, İngiltərənin Kembric Universitetinin elmi işlər üzrə direktoru doktor Devid Mundi Fizika İnstitutunda qonaq olub. Qonaq institutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüb. Görüşdə Fizika İnstitutu ilə Kembric Universiteti arasında birgə elmi layihələrin həyata keçirilməsi, dünya standartlarına cavab verən maddi-texniki bazanın yaradılması, kadr hazırlığı və uzunmüddətli elmi mübadilələrin aparılması haqqında söhbətlər aparılıb.

D.Mundi deyib ki, Fizika İnstitutunda alimlərin elmi tədqiqat işləri aparması üçün hər cür şərait yaradılıb.

O, AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilə də görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti