...

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin yeni binasının açılışı oldu

Cəmiyyət Materials 2 Fevral 2015 13:36 (UTC +04:00)
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin yeni binasının açılışı olub.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin yeni binasının açılışı oldu

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin yeni binasının açılışı olub.

Trend xəbər verir ki, açılışda gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, İdarənin rəisi Raqif Abbasov və digər şəxslər iştirak ediblər.

Nazir yeni binada otaqları gəzərək gənclərə yaradılan şəraitlə tanış olub, tanışlıqdan sonra idarə işçiləri, idmançılar, gənclər və mətbuat nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdə A.Rəhimov bildirib ki, yeni bina gənclər üçün yeni imkanlar yaradacaq, Azərbaycanın gəncliyinə və idmanına yeni töhfələr verəcək.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbəri R.Abbasov yeni imkanlarla qarşıdakı fəaliyyət dövründə daha aktiv çalışacaqlarını bildirib: "Azərbaycan gəncliyinə və idmanına xidmət göstərməyə davam edəcəyik".

Tədbirdə ötən il idman sahəsində fərqlənən idmançılar, fəal gənclər, tələbə gənclər təşkilatları və ictimai birliklər mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti