...

Azərbaycanda ilk dəfə "Gözünlə duyduqların" adlı loqo sərgisi keçiriləcək (FOTO)

Cəmiyyət Materials 2 Fevral 2015 17:26 (UTC +04:00)
Bu gün Azərbaycan iqtisadiyyatı özünün sürətli inkişaf dövrünü yaşayır. Belə bir dövürdə rəqabət mühitinə tab gətirmək üçün şirkətlər öz brend simalarını formalaşdırmağa çox böyük önəm verirlər.
Azərbaycanda ilk dəfə "Gözünlə duyduqların" adlı loqo sərgisi keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Bu gün Azərbaycan iqtisadiyyatı özünün sürətli inkişaf dövrünü yaşayır. Belə bir dövürdə rəqabət mühitinə tab gətirmək üçün şirkətlər öz brend simalarını formalaşdırmağa çox böyük önəm verirlər. Düzgün seçilmiş brend strategiyası müştəri məmnuniyyətinin başlıca amillərindəndir. Çox sevindirici haldır ki bu tələblə Azərbaycanda brendləşmə sahəsində yaradıcı gənclərin sayı artmaqdadır. Ölkəmizdə bu istiqamətdə gənclərə xidmət edən, onların bilik və bacarıqlarını üzə çıxara biləcək və onlardan faydalanma imkanı verə bilən bir çox dövlət , qeyri-dövlət və biznes qrumları vardır. Dizayn sahəsində uğurları ilə seçilən gənc peşə sahiblərinin tanıdılması və onların istedad və bacarıqlarının üzə çıxarılması hər zaman diqqət mərkəzində olmuş və olmaqdadır.

Məlumat üçün bildirək ki, 04 fevral 2015 - ci il tarixində "Bakı Biznes Mərkəzi"ndə Azərbaycanda ilk dəfə "GÖZÜNLƏ DUYDUQLARIN" adlı loqo sərgisi keçiriləcəkdir.

Sərgidə istedatlı gənc dizayner Elçin Aşurovun müəllifi olduğu 80 loqo nümayiş olunacaqdır. Sərginin keçirilməsində məqsəd bir-birindən fərqli kreativ loqoları ictimaiyyətlə paylaşmaq və onların ifadə etdiyi məna və dəyərlərə aydınlıq gətirməkdir. Müəllifin fikrincə hər bir işarə bir heca, onun başqa işarələrlə işlənməsi bir söz, onun gözlə təması isə artıq bitmiş bir fikirdir. Məlumat üçün bildirəkki müəllif Elçi Aşurov eyni zamanda MƏN korporativ brending şirkətinin təsisçisidir.

Keçiriləcək sərgidə bir çox dövlət qrumlarının, biznesmenlərin, mədəniyyət və incəsənət nümayəndələrinin və ictimai sahədə fərqlənən QHT rəhbərlərinin iştirakı gözlənilir.

Sizi də böyük məmnuniyyətlə 04 fevral 2015 - ci il tarixində saat 19:00 - da "Bakı Biznes Mərkəzi"ndə baş tutacaq "GÖZÜNLƏ DUYDUQLARIN" adlı ilk LOQO sərgisinin açılış mərasiminə dəvət edirik.

Əlaqə vasitələri:

Telefon: +994506825252

Email: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti