...

Bakıda Masallı mədəniyyət günləri keçiriləcək

Cəmiyyət Materials 5 Fevral 2015 14:29 (UTC +04:00)
Bakıda Azərbaycanın rayonlarının mədəniyyət günləri keçiriləcək. Masallı mədəniyyət günləri fevralın 10-da başlayacaq. Bununla bağlı təşkilat komitəsi yaradılıb.
Bakıda Masallı mədəniyyət günləri keçiriləcək

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Fevralın 10-da Bakıda Masallı mədəniyyət günləri başlayacaq. Bununla bağlı təşkilat komitəsi yaradılıb.

Masallı rayon icra hakimiyyətindən Trend-ə bildiriblər ki, mədəniyyət günləri çərçivəsində geniş tədbirlər həyata keçiriləcək. Musiqili Teatrın binasında baş tutacaq tədbirin rəsmi hissəsindən əvvəl sərgi təşkil olunacaq. Qonaqlar bu sərgi vasitəsilə Masallı rayonunun tarixi, adət-ənənəsi, təbiəti, mətbəxi, turizm potensialı ilə tanış olacaqlar. Sərgidə rayonun görkəmli şəxsləri, qəhrəmanları, elm və incəsənət xadimləri barədə də məlumatlar yer alacaq.

Fevralın 10-u saat 18:00-da isə Musiqili Komediya Teatrının binasında Masallının incəsənt kollektivlərinin iştirakı ilə konsret proqramı keçiriləcək.

Qeyd edək ki, mədəniyyət günlərinə Masallı ilə start verilməsi rayonun belə tədbirlərin keçirilməsində təcrübəyə malik olması ilə bağlıdı. Son üç ildə Masallıda Beynəlxalq Folklor Festivalı böyük uğurla keçirilib.

Xatırladaq ki, mədəniyyət günləri Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti