...

Hərbi prokuror hərbi hissələrdə səyyar məhkəmələrin sayının artırılmasını istəyir

Cəmiyyət Materials 25 Fevral 2015 16:21 (UTC +04:00)
Hərbi qulluqçular arasında səyyar məhkəmələrin keçirilməsi çox əhəmiyyətli tədbirdir.
Hərbi prokuror hərbi hissələrdə səyyar məhkəmələrin sayının artırılmasını istəyir

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlkin İzzət/

"Hərbi qulluqçular arasında səyyar məhkəmələrin keçirilməsi çox əhəmiyyətli tədbirdir. Səyyar məhkəmələr vaxtaşırı keçirilir, lakin onların kəmiyyət və keyfiyyətinin daha da artırılmasına ehtiyac var".

Trend xəbər verir ki, bunu Azərbaycan Baş prokurorunun müavini, Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev "Azərbaycan Ordusu" qəzetinə müsahibəsində bildirib.

Hərbi prokurorun sözlərinə görə, səyyar məhkəmələrin keçirilməsi cinayətlərin profilaktik xəbərdarlıq funksiyasının yerinə yetirilməsinə xidmət edir: "Heç kimə sirr deyil ki, məhkəmələrin inzibati binalarında keçirilən məhkəmə iclaslarında şəxsi heyət bilavasitə iştirak etmədiyindən, bu proseslərin xəbərdarlıq, profilaktik baxımdan səmərəsi və tərbiyəvi təsiri yetərli olmur. Belə iclasların hərbi hissədə keçirilməsi isə hərbi qulluqçuların, xüsusən də gənc əsgərlərin gələcəkdə qanun pozuntularına yol verməkdən çəkindirilməsində mühüm əhəmiyyət kəsb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti