...

Rumıniyalı doktorant BDU-da təcrübə keçir

Cəmiyyət Materials 4 Mart 2015 14:27 (UTC +04:00)
Rumıniyanın Siyasi və İnzibati Tədqiqatlar üzrə Milli Universitetinin doktorantı Sabina Strimbovchi Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində təcrübə keçir.
Rumıniyalı doktorant BDU-da təcrübə keçir

Azərbaycan, Bakı, 4 mart /Trend/

Rumıniyanın Siyasi və İnzibati Tədqiqatlar üzrə Milli Universitetinin doktorantı Sabina Strimbovchi Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində təcrübə keçir.

Universitetdən Trend-ə verilən məlumata görə, 3 aylıq təcrübə müddətində o, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan Respublikasının apardığı xarici siyasət, Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-Rusiya münasibətləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına göstərdiyi mənfi münasibəti araşdıracaq.

Fakültənin dekanı, professor Zeynal Həsənalıyev doktorantı qəbul edib və məlum olub ki, Sabina Strimbovchin tədqiqat aparması üçün bütün şərait yaradılıb, o, ingilis dilində materiallarla təmin olunub.

Doktorantın rəhbəri Beynəlxalq münasibətlər kafedrasını müdiri, professor Ağalar Abbasbəylidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti