...

Binəqədi rayonunda 31 mart - azərbaycanlıların soyqırımı ilə bağlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 31 Mart 2015 18:20 (UTC +04:00)
Binəqədi rayonunda 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Tarixin soyqırımı” adlı anım tədbiri keçirilib.
Binəqədi rayonunda 31 mart - azərbaycanlıların soyqırımı ilə bağlı tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 31 mart /Trend/

Binəqədi rayonunda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə "Tarixin soyqırımı" adlı anım tədbiri keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, YAP-ın Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev, İsraildən olan sülh səfiri Aleks Şapiro, Beynəlxalq Diaspor Mərkəzinin Tatarıstan nümayəndəliyinin rəhbəri Natiq Bədəlov, Türkiyədə Fəaliyyət göstərən "Əsassız Erməni Soyqırımı İddiaları ilə Mübarizə Dərnəyi"nin rəhbəri Göksal Gülbəy, Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının vitse-prezidenti Cavidan Şərbətov, Vətəndaşların Sosial Rifahı naminə İctimai Birliyin sədri İradə Rzazadə, rayonun ictimai-siyasi və mədəni həyatında aktiv iştirak edən gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım tədbiri YAP-ın Binəqədi rayon təşkilatının inzibati binasının foyesində 31 mart 1918-ci ildə erməni qəsbkarları tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı həqiqətlərini və ümumilikdə soydaşlarımıza qarşı erməni vəhşiliklərini əks etdirən fotolardan ibarət sərginin nümayiş etdirilməsi ilə başlanıb.

Soyqırımı faciələrini əks etdirən filmin nümayişi ilə davam edən tədbiri giriş nitqi ilə YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açıb, 31 mart soyqırımı və ümumilikdə ötən yüzillikdə erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamlardan danışıb.

R.Zeyni, İ.Ağayev, İsraildən olan sülh səfiri Aleks Şapiro, Beynəlxalq Diaspor Mərkəzinin Tatarıstan nümayəndəliyinin rəhbəri Natiq Bədəlov, Türkiyədə Fəaliyyət göstərən "Əsassız Erməni Soyqırımı İddiaları ilə Mübarizə Dərnəyi"nin rəhbəri Göksal Gülbəy çıxışlarında Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən bəhs edib, bu məsələdə dövlətin davamlı dəstəyindən danışıb.

A.Rəfiyev 31 mart soyqırımının təkcə həmin tarixlə məhdudlaşmadığına diqqət çəkərək SSRİ dövründə də bolşevik cildinə bürünmüş və yüksək vəzifələr tutmuş erməni daşnakları repressiyalar, deportasiyalar vasitəsilə öz qanlı əməllərini davam etdirdiyini vurğulayıb.

Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş fiziki və mənəvi terrorlar, vandalizm aktlarından danışmış, bu qanlı olaylara ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini bildirib. Tarixi faktların işığında və sənədlər əsasında soyqırımı həqiqətlərinin dünyaya çatdırılması işinə dövlət tərəfindən göstərilən hərtərəfli dəstəyi diqqətə çatdıran A.Əliyeva bu məsələdə beynəlxalq ictimaiyyətin maarifləndirilməsi işində hər bir soydaşımızın üzərinə məsuliyyət düşdüyünü qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti