...

Bakı İstintaq təcridxanasında araşdırma aparılıb

Cəmiyyət Materials 2 Aprel 2015 17:03 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Bakı İstintaq təcridxanasında araşdırma aparıblar.
Bakı İstintaq təcridxanasında araşdırma aparılıb

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İlkin İzzət/

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Bakı İstintaq təcridxanasında araşdırma aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında başçəkmə həyata keçiriblər.

Başçəkmədə məqsəd müvəkkilin ünvanına daxil olmuş müraciətlərin araşdırılması, həmçinin saxlanılma şəraiti və rəftar vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı Milli Preventiv Qrupun üzvləri həmin müəssisədə on beş saxlanılan şəxslə görüşüb, bu şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə əlaqədar vəziyyəti öyrəniblər.

Qəbul edilmiş təqsirləndirilən şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı narazılıq etməyiblər.

Onların qaldırdıqları məsələlərlə əlaqədar hüquqi məsləhətlər verilib, ombudsmanın səlahiyyətləri izah edilib. Onlardan bəzilərinin istintaqın qeyri-obyektiv aparılması və digər məsələlərlə bağlı ombudsmana ünvanlanmış müraciətləri araşdırılması və qanun çərçivəsində tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib.

Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti