...

Milli Məclisdə ilk Avropa Oyunları ilə bağlı çağırış edildi

Cəmiyyət Materials 3 Aprel 2015 12:30 (UTC +04:00)
“Azərbaycanda Avropa Olimpiya oyunları yaxınlaşdıqca, anti-Azərbaycan qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyasını gücləndirir”.
Milli Məclisdə ilk Avropa Oyunları ilə bağlı çağırış edildi

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycanda Avropa Olimpiya oyunları yaxınlaşdıqca, anti-Azərbaycan qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyasını gücləndirir".

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Deputat deyib ki, bu cür şər və böhtan kampaniyası Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışına təsir göstərmək gücündə deyil.

O bildirib ki, Azərbaycan bu cür beynəlxalq tədbirlərin öhdəsindən dəfələrlə çox uğurla gəlib.

F.Ağamalı "Eurovision" yarışı ərəfəsində də bu cür qarayaxma kampaniyalarının aparıldığını xatırladıb:

"Ancaq biz həmin tədbirin də öhdəsindən uğurla gəldik. Sözsüz ki, bundan sonra da Azərbaycan hökuməti bu cür tədbirlərin öhdəsindən uğurla gələcək. Ancaq burada təəssüfedici məsələ odur ki, bəzi dairələr Azərbaycana qarşı şər və böhtan kampaniyası həyata keçirirlər".

F.Ağamalı deyib ki, yerli anti-milli qüvvələr bu qarayaxma kampaniyasını Azərbaycana daşıyır.

Deputat aparılan bu çirkli kampaniya ilə bağlı çağırış edib: "Mən buradan bütün millət vəkilləri və media nümayəndələrinə səslənərək xahiş edirəm ki, Azərbaycana qarşı yönələn şər və böhtan kampaniyasına onlar adekvat addımlar atsınlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti