...

Bakıda və Gəncədə Türkiyə universitetlərinin təhsil sərgiləri keçiriləcək (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2015 14:51 (UTC +04:00)
4-5 aprel tarixlərində Bakıda "Hilton" hotelində Türkiyənin 30-a yaxın universitet və yataqxanasının iştirakı ilə növbəti xüsusiləşmiş təhsil sərgisi keçiriləcək.
Bakıda və Gəncədə Türkiyə universitetlərinin təhsil sərgiləri keçiriləcək (FOTO)

4-5 aprel tarixlərində Bakıda "Hilton" hotelində Türkiyənin 30-a yaxın universitet və yataqxanasının iştirakı ilə növbəti xüsusiləşmiş təhsil sərgisi keçiriləcək.

"Akademi Group" təhsil mərkəzi tərəfindən təşkil olunacaq sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək, Türkiyə universitetlərində pulsuz təhsil imkanları haqqında da təqdimatlar keçiriləcək.
Əlavə olaraq, sərgi zamanı seminarlar da veriləcək.

Xatırladaq ki, sərgi saat 12:00-17:00 arası baş tutacaq.

7 aprel tarixində ikinci dəfə olaraq Gəncədə Türkiyə universitetlərinin təhsil sərgisi təşkil olunacaq. Bu sərgi isə şəhərin mərkəzində yerləşən "Vego" hotelində baş tutacaq. Həmin sərgidə Türkiyənin bir çox dövlət və özəl universitetləri təmsil olunacaq. Hər iki sərgidə Azərbaycan Təhsil Nazirliyinin nümayəndələrinin, Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, sərgidə iştirak pulsuzdur. Milli.Az və Trend.Az sərginin rəsmi media dəstəkçisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti