...

Azərbaycanın dəmir yolunun bir hissəsinin təmiri Çexiya şirkətinə tapşırıldı (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2015 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) Çexiyanın Moraviya STEEL şirkətinin nümayəndə heyətilə görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" QSC ilə podratçılar, Çexiyanın "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissəsinin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.

Bakı-Böyük Kəsik sahəsində tikinti işləri başa çatandan sonra qatarların orta sürəti saatda 140 km-ə çatdırılacaq.

İkitərəfli əməkdaşlığın bundan sonra da genişləndirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti