...

Memarlıq və İnşaat Universitetində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2015 21:00 (UTC +04:00)
Azərbaycan Memarlıq və İnşaat Universitetində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş tədbir keçirilib.
Memarlıq və İnşaat Universitetində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycan Memarlıq və İnşaat Universitetində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirin təşkilində məqsəd müəllim və tələbə auditoriyasına Heydər Əliyev fondunun dəstəyilə ərsəyə gələn "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?" sənədli filmini nümayiş etdirmək olub. Filmin hazırlanması ilə bağlı layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüsri Lui Vodevil, rejissoru Robert Maqnerotdur.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, millət vəkili, professor Gülçöhrə Məmmədova Qələbə Gününün qeyd olunmasının əhəmiyyəti, gənc nəslin tərbiyəsində varislik ənənələrinin qorunmasi və təbliğində bu kimi tədbirlərin xüsusi önəm daşımasından danişıb. O qeyd edib ki, ekran əsərinin hazırlanmasında məqsəd Azərbaycan xalqının fasizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək, bu tarixi faktı gələcək nəsillərə ötürməkdir.

Rektor G.Məmmədova iştirakçıların nəzərinə çatdırıb ki, "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?" sənədli filmi mayın 8,9 və 10-da "national Geographic" kanalında, o cümlədən, Fransa, İngiltərə, Almaniya, Polşa, Balkan ölkələri, Türkiyə, Afrika ölkələrində nümayiş etdiriləcək. Sonra tədbir iştirakçılarına "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?" sənədli filmi nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti