...

Bakıda yanan binada istifadə edilən üzlüyün istehsalçısı axtarılır

Cəmiyyət Materials 19 May 2015 16:11 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Xidməti bu gün Bakıda yanan binada istifadə edilən üzlüyün istehsalçısını müəyyənləşdirir.
Bakıda yanan binada istifadə edilən üzlüyün istehsalçısı axtarılır

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Azad Həsənli/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Xidməti bu gün Bakıda yanan binada istifadə edilən üzlüyün istehsalçısını müəyyənləşdirir. Bunu Trend-ə Dövlət Komitəsindən deyiblər.

Komitədən bildiriblər ki, ilk növbədə, üzlüyün Azərbaycanda istehsal olunmasını və ya idxal edildiyini araşdırmaq lazımdır: "Bunu müəyyənləşdirdikdən sonra üzlüyü istehsal edən və idxal edən şirkətdə monitorinq aparılacaq. Belə yoxlamalar artıq bu ilin aprelində aparılıb".

Dövlət Komitəsindən qeyd ediblər ki, penopolistiroldan hazırlanmış dekorativ üzlüyün istehsalı ilə məşğul olan iki müəssisədə aparılmış monitorinqin nəticələri üzrə müəyyən çatışmazlıqlar aşkarlanıb: "Bununla əlaqədar onların fəaliyyəti dayandırılıb. Müəssisələrdən biri "M.N.F." MMC-nin adına qeydiyyata alınıb, digəri isə fiziki şəxsə məxsus olub. Düzdür, hazırda yanan binadakı üzlüyün həmin müəssisələr tərəfindən istehsal edilməsini demək olmaz".

Qeyd edək ki, Bakının Azadlıq prospektində 16 mərtəbəli binada güclü yanğın baş verib. Yanğın zamanı ölənlərin sayı 14 nəfərə çatıb, xəsarət alanlar isə 50 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti