...

Azərbaycan gəncləri 2016-2020-ci illər üçün dövlət proqramını müzakirə ediblər

Cəmiyyət Materials 26 May 2015 16:28 (UTC +04:00)
Bu gün Gənclər və İdman Nazirliyində “Azərbaycan gəncləri 2016-2020-ci illərdə Dövlət Proqramı"nın müzakirəsi keçirilib.
Azərbaycan gəncləri 2016-2020-ci illər üçün dövlət proqramını müzakirə ediblər

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Gənclər və İdman Nazirliyində "Azərbaycan gəncləri 2016-2020-ci illərdə Dövlət Proqramı"nın müzakirəsi keçirilib.

Trend-in məlumatına görə, müzakirələrdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, nazirliyin əməkdaşları, gənc alimlər, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən İ.Babayev bildirib ki, "Azərbaycan gəncləri 2007-2015-ci illərdə Dövlət Proqramı" sona çatmaq üzrədir. Nazir müavini bildirib ki, artıq yeni dövlət proqramın üzərində iş aparılır. Onun sözlərinə görə, bir neçə ay müddətində bu işlərin yekunlaşdırılması planlaşdırılır.

İ.Babayev gəncləri aktiv olmağa və öz təkliflərini irəli sürməyə çağırıb.

Daha sonra gənclərlə bağlı Dövlət Proqramına daxil olan məsələlər müzakirə edilib. Müzakirələr zamanı gənclər öz təkliflərini irəli sürüblər.

Qeyd edək ki, Dövlət Proqramına daxil edilən təkliflər arasında, əsasən, istedadlı və yaradıcı gənclərin III respublika toplantısının keçirilməsi, gənc alimlərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələrin təşkili, gənc alimlərin təcrübə mübadiləsi üçün şəraitin yaradılması, yerli və beynəlxalq elmi-praktik konfrans, forum, seminar və digər tədbirlərin keçirilməsi yer alıb. Bundan başqa, Dövlət Proqramında xaricdə tələbə, gənc alim və tədqiqatçılara Azərbaycan mədəniyyəti və incəsənəti sahəsində araşdırmaların aparılması və elmi işlərin hazırlanması üçün birdəfəlik təqaüd proqramlarının hazırlanmasının nəzərdə tutulması üçün təkliflərin yer alması fikri də irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti