...

Avropa Komissiyasının nümayəndələri Azərbaycandakı dini vəziyyət barədə məlumatlandırılıb

Cəmiyyət Materials 4 İyun 2015 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Avropa Şurası çərçivəsində fəaliyyət göstərən İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

DQİDK-dan Trend-ə verilən məlumata görə, görüşdə Dövlət Komitəsinin rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşları da iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" qanunla tənzimlənir. Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir: "Azərbaycanda dini durum sabitdir. Müxtəlif konfessiyalar burada sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərir. Ölkəmizdə məscid, sinaqoq və kilsələr insanların ixtiyarına verilib və ibadət evlərinin bir qisminin təmir və bərpası Azərbaycan hökumətinin hesabına həyata keçirilir".

M.Qurbanlı hər il dövlət büdcəsindən dini icmalara maliyyə vəsaitinin ayrıldığını və bu vəsaitin qeyri-islam dini icmalara da verildiyini vurğulayıb.

Səmimi qəbul üçün minnətdarlıqlarını bildirən Komissiya üzvləri ölkəmizdə dini azlıqların vəziyyəti ilə maraqlanıb və bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti