...

Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib

Cəmiyyət Materials 12 Avqust 2015 16:30 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, məhkəmədə ilk olaraq, şahid qismində "Azadlıq" radiosunun sürücüsü işləmiş Nurəddin Eyvazov ifadə verib. O, "Azadlıq" radiosunda işləməsi barədə dövlət ittihamçısının suallarını cavablandırıb.

N.Eyvazov radioya işləmək üçün Xədicə İsmayılova tərəfindən dəvət edildiyini bildirib.

Daha sonra digər şahid məhkəmədə iştirak etmədiyi üçün X.İsmaylova ifadə verməkdən imtina edib. O bildirib ki, bütün şahidlər ifadə verdikdən sonra ifadə verəcək.

Hakim R.Allahverdiyeva isə şahidin bu gün məhkəməyə gəlməsinin mümkün olmamasını onun hələ ölkədə olmaması ilə izah edib.

Hakim prosesin sabah davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti