...

İki, üç ulduzlu hotellərlə bağlı yeni təkliflər açıqlandı

Cəmiyyət Materials 8 Sentyabr 2015 17:26 (UTC +04:00)
Azərbaycan Turizm Assosiasiyası ölkədə iki, üç ulduzlu hotellərin tikintisi üçün sahibkarlara müvafliq güzəştlərin verilməsini nəzərdə tutan təkliflərini müzakirə olunması üçün Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib.
İki, üç ulduzlu hotellərlə bağlı yeni təkliflər açıqlandı

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Turizm Assosiasiyası ölkədə iki, üç ulduzlu hotellərin tikintisi üçün sahibkarlara müvafliq güzəştlərin verilməsini nəzərdə tutan təkliflərini müzakirə olunması üçün Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib.

Assosiasiya sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib ki, iki, üç ulduzlu hotellərin tikintisi üçün sahibkarlara müvafliq güzəştlər edilməlidir.

Təkliflərdə güzəştlərin nələrdən ibarət olmasına gəldikdə, M.Ağakərimov deyib ki, iki, üç ulduzlu hotel tikmək istəyən sahibkarlara 1 il ərzində güzəştlər edilməlidir. Sahibkara torpaq sahəsinin alınması, tikinti işlərinin aparılması üçün güzəştlər olunmalıdır.

O bildirib ki, amma bir il ərzində göstərilən güzəştlərin konkret nələrdən ibarət olmasını dövlət qurumları müəyyən etməlidir: "Hotel qonaqlarını qəbul edənə kimi sahibkara güzəştlər edilməlidir. Çünki sahibkar ev tikir və qısa zaman ərzində ondan gəlir götürür. Hotel tikən iş adamı isə 6-7 ildən sonra maya dəyərini geri qaytara bilir. Buna görə də güzəştlər olmalıdır. Biz öz təkliflərimizi bildirmişik, hazırda təkliflərə baxılır".

M.Ağakərimov qeyd edib ki, belə hotellərin tikilməsi Azərbaycana daha çox turistin gəlməsinə, turizmin inkişafına, yeni iş yerlərinin açılmasına gətirib çıxarar.

Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bilrmişdi ki, Azərbaycanda üç ulduzlu hotellər azdır, iki ulduzlu hotellər yoxdur: "O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, hotellərin qiymətləri və üç, iki ulduzlu hotellərin tikintisi. Yaxşı olardı ki, Mədəniyyət və Turizm Nazirliyi də bu məsələlərlə bağlı tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunları eşitsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti