...

Azərbaycanda sürücülərə qarşı cəzalar sərtləşdirilir

Cəmiyyət Materials 15 Oktyabr 2015 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbirlər Elmir Murad, Elçin Mehdiyev/

Nəqliyyat vasitələrinin idarəetmə hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ parlamentin oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinin 152-ci maddəsinə təklif edilən əlavələrdə öz əksini tapıb.

Əlavələrə görə, ümumi istifadədə olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Digər əlavəyə əsasən, nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Bundan əlavə, nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti