15 oktyabr 2015-ci il tarixində 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılovun seçicilərlə görüşü olub.
350 nəfər Şirvan seçicisinin iştirakı ilə təşkil olunmuş görüşdə R.Cəbrayılovu çox böyük hörmət və ehtiramla qarşılanıb. Görüş zamanı deputatlığa namizəd öz platforması haqqında məlumat verdikdən sonra seçiciləri dinləyib. Əsasən sosial problemlərin həlli istiqamətində olan müraciətləri diqqətlə dinlədikdən sonra 46 saylı seçki dairəsindən deputatlığa namizəd R.Cəbrayılov bildirib ki, əgər seçiciləri etimad göstərərlərsə, səlahiyyətləri çərçivəsində bütün məsələlərin həllində köməklik göstərəcək. Eyni zamanda, Şirvan şəhərini Milli Məclisdə layiqincə təmsil edəcək.
Diskussiya şəraitində keçirilən görüşün sonunda Şirvan seçiciləri R.Cəbrayılovu dəstədiklərini, bunu 1 noyabr tarixində səs verməklə sübüt edəcəklərini bildiriblər.