...

Biləcəri sakinləri gələn ildən yeni qatarlardan istifadə edəcək

Cəmiyyət Materials 25 Noyabr 2015 12:39 (UTC +04:00)
Gələn ilin birinci yarısından Biləcəri sakinləri "Azərbaycan Dəmir Yolları" QSC-nin yeni qatarlarından istifadə edə biləcəklər.
Biləcəri sakinləri gələn ildən yeni qatarlardan istifadə edəcək

Trend-i buradan izləyin

Bakı. Elmir Murad - Trend:

Gələn ilin birinci yarısından Biləcəri sakinləri "Azərbaycan Dəmir Yolları" QSC-nin yeni qatarlarından istifadə edə biləcəklər. Bunu Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, hazırda Biləcəri stansiyasında yenidənqurma işləri aparıldığı üçün Bakı-Xırdalan-Suqmayıt sərnişin qatarı sözügedən stansiyada dayanmır: "Biləcəri stansiyasında yenidənqurma işləri çərçivəsində yeni turneketlər quraşdırılır, platformalar salınır. Artıq stansiyanın bir hissəsində aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir. İşlər yekunlaşandan sonra qatarlar Biləcəri stansiyasında da dayana biləcək. Bundan sonra Biləcəriyə gəlmək və buradan getmək mümkün olacaq".

N.Əzməmmədov Bakı-Xırdalan-Sumqayıt qatarları ilə gediş haqqının ödənilməsi üçün istifadə olunan kartlarla bağlı da danışıb: "Kartların doldurulması üçün lazım olan aparatların gələn ildən işləməsi nəzərdə tutulur. Bakı sərnişin vağzalında artıq kart aparatı var. Digər stansiyalarda da aparatlar quraşdırılacaq. Amma onlar gələn ildən tam işləyəcək. Çünki hazırda sözügedən aparatların təminat məsələsi həll olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti