• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Ramil Usubov: Azərbaycan və Gürcüstanın daxili işlər orqanları arasındakı əlaqələr daha da inkişaf etdiriləcək (FOTO)

26 Noyabr 2015 13:38 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvili ölkəmizə rəsmi səfərə gəlib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, noyabrın 26-da səhər nazir G.Mğebrişvili və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzülüb.

Dost ölkənin təmsilçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş mərd mübarizlərin məzarlarını da ziyarət edib, onların xatirəsinə ucaldılmış "Əbədi məşəl" kompleksinin önünə əklil qoyublar.

Sonra nazir R.Usubov Gürcüstanın gürcüstanlı həmkarı G.Mğebrişvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimi salamlayan nazir R.Usubov xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin qurulmasında və inkişafında ulu öndər Heydər Əliyevin danılmaz xidmətlərini xatırladıb, Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan rəhbərliyinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə xüsusi önəm verdiklərini qeyd edib.

Nazir R.Usubov bu münasibətlərin ölkə başçılarının siyasi iradəsinə uyğun uğurla inkişaf etdiyini, dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində daha da dərinləşdiyini bildirib. Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlıqla mübarizə sahəsində birgə əlaqələrin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi nəzərə çatdırılıb.

Sonra nazir R.Usubov ölkədəki kriminogen durum barədə qısa məlumat verib.

Bildirilib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, bunun əyani təzahürü olaraq respublikamız "Evrovision" və I Avropa Oyunları kimi möhtəşəm yarışlara uğurla ev sahibliyi edib, həmin tədbirlərin yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsinə nail olmaqla bu sahədə böyük təcrübə qazanıb.

Daxili işlər naziri R.Usubov mövcud problemlərdən də danışıb, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Nazir G.Mğebrişvili səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, transmilli mütəşəkkil cinayətkarlığa qarşı yalnız birgə səylərlə mübarizə aparılmasına dair nazir R.Usubovun mövqeyini bölüşdüyünü, mehriban qonşu və yaxın dost olan Azərbaycanın daxili işlər orqanları ilə ölkəsinin müvafiq qurumları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze iştirak edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvili
  • daxili işlər naziri Ramil Usubov
  • səfər
Azernews Newspaper
Digər xəbərlər
Ərdoğan Böyük Britaniyaya səfər edəcək
Dünya xəbərləri 8 Aprel 15:00
İran XİN rəhbəri Azərbaycana səfər edəcək
Siyasət 14 Mart 02:05
Deputatlarımız yeni reyslə Bolqarıstana yola düşüblər
Siyasət 16 Yanvar 09:19
BMT baş katibinin müavini Şimali Koreyaya səfər edəcək
Dünya xəbərləri 4 Dekabr 2017 22:08
Türkiyənin bələdiyyə sədrləri Cocuq Mərcanlıya səfər edəcək
Cəmiyyət 2 Noyabr 2017 11:23
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana gəlib
Siyasət 22 Oktyabr 2017 21:31
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
Siyasət 14 Oktyabr 2017 12:35
Mədəniyyət və Turizm Nazirliyi turistlərə müraciət etdi
Mədəniyyət 30 May 2017 12:39
Azərbaycanda təhsil alan xarici tələbələr və jurnalistlər Cocuq Mərcanlıya səfər edib (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 5 Aprel 2017 13:39
Ərdoğanın proqramında dəyişiklik: Səsində problem var
Dünya xəbərləri 30 Mart 2017 17:51
Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana gəlir
Siyasət 23 Fevral 2017 13:34
Xarici jurnalistlərin Cocuq Mərcanlıya səfəri təşkil olunub
Siyasət 7 Fevral 2017 14:36
İnformasiya səfəri - “Binalarda və sənayedə enerji səmərəliliyi”
İqtisadiyyat 27 Oktyabr 2016 13:51
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib
Siyasət 31 Avqust 2016 10:27
Elmar Məmmədyarov Gürcüstana səfər edəcək
Siyasət 27 Avqust 2016 17:39
Əfqanıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Siyasət 23 Dekabr 2015 12:38
Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb (FOTO)
Siyasət 11 Dekabr 2015 09:37
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Qazaxıstana səfər edib
Siyasət 11 Noyabr 2015 14:54
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter