Bakı. Samir Məmmədov - Trend:
"Hazırda Lənkəranda Əbülfəzlil-Abbas məscidi hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb".
Bu barədə Trend-ə Lənkəran Şəhər Polis Şöbəsindən (PŞ) bildiriblər.
PŞ-dən verilən məlumata görə, hazırda həmin ərazidə vəziyyət sabitdir.
Qeyd edək ki, dünən adı çəkilən məsciddə Elman Ağazadə adlı şəxsin həbs edilməsi cəhdinə qarşı ərazidə etiraz xarakterli insident baş verib.