...

Fərasət Qurbanov: "Hər bir KİV nümayəndəsinə fəaliyyətimizin istənilən mərhələsinin müşahidəsinə lazımi şəraiti yaratmağa hazırıq" (MÜSAHİBƏ)

Cəmiyyət Materials 19 Yanvar 2016 17:55 (UTC +04:00)
Təşəkkür edirəm. Bir çox ekspertlər vətəndaş cəmiyyəti institutlarının Azərbaycandakı inkişafını iki mərhələyə ayırırlar: Şuranın yaranmasına qədərki və ondan sonrakı dövr. Bildiyimiz kimi Şura yarananadək ölkədə analoji qurum yox idi.
Fərasət Qurbanov: "Hər bir KİV nümayəndəsinə fəaliyyətimizin istənilən mərhələsinin müşahidəsinə lazımi şəraiti yaratmağa hazırıq" (MÜSAHİBƏ)

Bakı. Trend:

Trend Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun mətbuata müsahibəsini təqdim edir

- Fərasət müəllim artıq 8 ildir ki, Şura fəaliyyət göstərir. Bu illər ərzində QHT sektorunda hansı dinamika müşahidə edilir?

- Təşəkkür edirəm. Bir çox ekspertlər vətəndaş cəmiyyəti institutlarının Azərbaycandakı inkişafını iki mərhələyə ayırırlar: Şuranın yaranmasına qədərki və ondan sonrakı dövr. Bildiyimiz kimi Şura yarananadək ölkədə analoji qurum yox idi. Qısa müddət ərzində onun uğurlu fəaliyyətinin təmin edilməsi, nüfuzlu milli donora çevrilməsi, minlərlə QHT layihəsini maliyələşdirməsi, beynəlxalq əməkdaşlıq sahəsində çevik əlaqələrin qurulması Şuranın fəaliyyətinin əsas göstəricisidir. Şuranın yarandığı ilk illərdə əksər QHT-lərin layihə idarəetmə təcrübəsi xeyli aşağıydı. Bunun da əsas səbəbi xarici donorların az sayda QHT ilə işləməsi, təşkilatların əksəriyyətinin layihələrini maliyələşdirməməsi idi. Mövcud çatışmamazlıqların aradan qaldırılması üçün paytaxtda və ölkənin əksər regionlarında müxtəlif mövzularda çoxsaylı təlimlər, konsultativ xidmətlər və praktik yardımlar təşkil edildi.

Buna paralel olaraq QHT-lərin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsi üçün də mühüm addımlar atıldı. Bu gün də uğurla fəaliyyət göstərən qhtxeber.az saytı və "Vətəndaş Cəmiyyəti" jurnalı təsis olundu. Televiziyalarda müxtəlif verlişlərin hazırlanmasına dəstək verildi. O cümlədən 2013-2014-cü illərdə Şuranın maliyyə yardımı ilə Xəzər televiziyasında bilavasitə QHT-lərin fəaliyyətindən bəhs edən "Cəmiyyət" verlişi hazırlanaraq efirə çıxdı. Şuranın təşəbbüsü ilə QHT qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində də zəruri addımlar atıldı. "Könüllü fəaliyyət haqqında" , "İctimai iştirakçılıq haqqında" qanunlar Milli Məclisdə qəbul edilib. 2010-cu ildə Şura tərəfindən "QHT-lərin vəziyyəti haqqında milli hesabat" hazırlanıb. Ötən dövr ərzində QHT-lərin iştirakı ilə yüzlərlə kütləvi tədbir və məlumatlandırma sessiyaları keçirilib. Avropa və Amerikanın nüfuzlu QHT-ləri ilə əməkdaşlıq münasibətləri qurulub. Bu gün dövlətlə QHT-lər arasında uğurlu partnyorluq münasibətlərinin qurulmasında da Şuranın rolu az deyil.

- Qərarların qəbulu prosesində şəffaflıq necə təmin edilib?

- Şura nəinki ölkəmizdə hətda Avropa məkanında ən effektiv milli donor institutu modeli olaraq şəffaflıq və aşkarlıq mədəniyyətini bu gün Azərbaycanda uğurla tətbiq edir. Özünüz də müşahidə edirsiniz ki, Şura fəaliyyətinin bütün istiqamətləri ilə bağlı ictimaiyyəti mütamadi şəkildə məlumatlandırır. Təvəzökarlıqdan uzaq olsada deyim ki, bu sahədə də Şura ən nümunəvi qurumlardan biridir. Şuranın rüblük fəaliyyətinə dair tərəfimizdən mediaya ildə 4 dəfə ətraflı açıqlama verilir. Eyni zamanda geniş ictimaiyyətin - media, parlament, QHT, dövlət nümayəndələrinin iştirakı ilə hər il fəaliyyətimizin yekunlarına həsr edilən hesabat konfransı keçiririk. Hesabatlar və maliyyə müsabiqələrinin şərt və qaydaları, nəticələri Şuranın elektron resurslarında yerləşdirilir ki, arzu edən hər bir şəxs onunla asan şəkildə tanış ola bilsin. Hər il Şura maliyyə dəstəyi verdiyi layihələr haqqında xüsusi kitab nəşr edir. Şura eyni zamanda maliyyə müsabiqələrinin nəticələrindən narazı qalan QHT-lərin müraciətlərinə baxılması üçün Apellyasiya Koomissiyası təşkil edir. AK müraciətlərə tamamilə şəffaf şəkildə baxır, arzu edən KİV nümayəndəsinin iclasda iştirakına şərait yaradılır.

Azərbaycanda ilk milli donor olaraq 2016-cı ildə şəffaflığın təmin olunmasında daha bir yenilik tətbiq etmək istəyirik. Bu layihələri qiymətləndirən ekpertlərin rəylərinin açıqlanması ilə bağlıdır. Şuranın cari ildəki maliyyə müsabiqəsində hər bir QHT-nin layihəsinə verilən ekspert rəyini və müvafiq balı ictimaiyyətə açıqlayacağıq. Məlumat üçün deyim ki, hər bir layihəyə bir-birindən xəbərsiz halda 3 müxtəlif ekspert rəy verir. 2015-ci ildə müqavilə öhdəliklərinə əməl etməmiş 172 QHT-dən 58 min manat tutulub, 6 təşkilata isə qrantın ikinci tranşının ödənilməsindən imtina edilib. Bütövlükdə Şura qənaət edilmiş 337 min 431 min manat vəsaitin ötən ilin sonunda dövlət büdcəsinə qaytarılması barədə qərar qəbul edib".

Şura bu təşkilatların yol verdikləri səflərdən asılı olaraq haqlarında müvafiq qərar qəbul edəcək, bəziləri hətda maliyyə müsabiqəsində iştirak hüququndan məhrum ediləcək.

Bizə ünvanlanan bütün sorğuları imkan daxilində cavablandırmaqda və fəaliyyətimizdə şəffaflığı təmin etməkdə ən çox özümüz maraqlıyıq. Çünki cənab prezidentin Şuraya göstərdiyi etimadın doğruldulması üçün Şura üzvləri və Katiblik əməkdaşları həqiqətəndə kifayət qədər gərgin şəkildə işləyirlər. Bu cəhətdən əldə olunan nailiyyətlər haqda cəmiyyətin ətraflı məlumatlandırılması bizi məmnun edir. Ona görə Katibliyin gündəlik iş prosesi ilə maraqlananan hər bir KİV nümayəndəsinə fəaliyyətimizin istənilən mərhələsini müşahidə etməsi üçün lazımi şəraiti yaratmağa hazırıq.

- QHT sektorunun güclənməsi və peşəkarlıq dərəcəsinin artması üçün hansı addımların atılması planlaşdırılır?

- Şura Əsasnaməsinə və QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq, ölkə QHT-lərinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir. 19 yanvarda 2015-cı ildəki fəaliyyətimizin yekunları haqqında konfrans keçirərək ictimaiyyətə geniş hesabat verdik. QHT-lərin məlumat, təşkilati-texniki sahədə peşəkarlığının artırılması üçün cari ildə də təlim və məlumatlandırma sessiyalarını davam etdirəcəyik. 2016-cı ildə QHT sektorunun daha da güclənməsi və peşəkarlıq dərəcələrinin artması üçün bir sıra addımların atılmasını planlaşdırırıq. Onlara layihələrin icrasına nəzarətin və monitorinqlərin təkmilləşdirilməsi, seminar və təlimlərin keyfiyyətinin artırılması, film və video materiallar, o cümlədən çap məhsulları üçün yeni standartların tətbiqi, QHT-lərdə səmərəli idarəçilik vərdişlərinin formalaşdırılması istiqamətində ictimai müzakirələr və təlimlərin təşkili, yeni layihə standartlarının tətbiqi ilə bağlı təlim materiallarının hazırlanması, QHT sektorunun inkişafı ilə bağlı ekspert bankının yaradılması, Şura Katibliyinin əməkdaşlarının peşəkar potensialının inkişaf etdirilməsi kimi məsələlər aiddir. Həmçinin elektron xidmətlərin təkmilləşdirilməsi, yeni elektron resursların yaradılması, QHT sektorunun inkişafına yönəlik layihə və proqramların hazırlanması və onların həyata keçirilməsi, beynəlxalq təşkilatlar və xarici QHT-lərlə əməkdaşlığın gücləndirilməsi, "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanunun tətbiqi və digər məsələlərlə də bağlı müvafiq tədbirlərin görülməsini nəzərdə tuturuq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti