DSX: Sərhədlərimizin daha etibar­lı qorunması üçün struktur dəyişiklikləri həyata keçirilib (FOTO)

DSX: Sərhədlərimizin daha etibar­lı qorunması üçün struktur dəyişiklikləri həyata keçirilib (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 2015-ci ildə xidməti-döyüş fəaliy­yətinin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş xidməti müşavirə keçirilib.

Bu barədə Trend-ə DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev müşavirədə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi yolu ilə inamla irəliləyən dövlətimizin hərbi qüdrətinin əhəmiyyətli dərəcədə yük­səl­diyini, bütün sosial və infrastruktur layihələrinin müvəffəqiyyətlə icra olunduğunu qeyd etmişdir.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaranması və inkişafı tarixinə qısa nəzər salınan müşavirədə Ulu Öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar nəticəsində lazımi texniki imkanların yaradılması və dəniz sərhədlərimizin mühafizəsinin təmin edilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamına əsasən 2005-ci ilin fevral ayında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yara­dılması, cənab Ali Baş Komandan tərəfindən 2008-ci ilin noyabr ayında DSX-nin Sahil Mühafizəsinin yeni bazasının, 2014-cü ilin iyul ayında Gəmi İnşası və Təmiri Mərkəzinin istifadəyə verilməsi, DSX-nin Sahil Mühafizəsinin böyük inkişaf yolu keçərək Xəzər dənizində dövlət maraqlarımızı ən yüksək səviyyədə təmin etməyə qadir olan mükəmməl quruma çevrilməsi və hazırda hər cür hava şəraitində dövlət sərhədini qorumaq imkanlarına malik olması xüsusi qeyd olunmuşdur.

Müşavirədə vurğulanmışdır ki, son illərdə dəniz sərhədlərimizin daha etibar­lı qorunması məqsədilə bir sıra struktur dəyişiklikləri həyata keçirilmiş, Xəzər dənizinin vacib istiqamətlərində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi təmin olunmuşdur. Tam peşəkar heyətlə kom­plektləş­dirilmiş Sahil Müha­fizəsi hazırda dövlət maraq­larımızın qo­runması və təhlükəsizliyin təmin edilməsi üçün mükəmməl və müasir tələblərə cavab verən infrastruktura malikdir. Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xidməti-döyüş fəaliyyətinin nəticələrinə bilavasitə müsbət təsir gös­tərir. Şəxsi heyətin ekstremal şəraitdə peşə vərdişlərinin və döyüş hazırlığının yüksək səviyyədə olmasına xidmət edən müxtəlif mövzulu döyüş və taktiki təlimlər müvəffəqiyyətlə keçirilir.
Dənizdə bir neçə mürəkkəb axtarış-xilasetmə əməliyyatlarını uğurla həyata keçirən sərhədçilər istənilən şəraitdə yüksək peşəkarlıq nümunəsi göstərməyə, sərhədlərimizin toxunul­maz­lığını təmin et­məyə, qarşıya qoyulmuş ən çətin vəzifələri yerinə yetirməyə qadir olduqlarını sübut etmişlər. 2013-cü ilin avqust ayında Xəzər dənizinin "Bulla-dəniz" yatağındakı yanğının söndürülməsi zamanı üzmə vasitələrinin quyuya yaxınlaşa bilmədiyi, yüksək hava hərarəti və hədəfin görünməzliyi şəraitində Dövlət Sərhəd Xidməti əməkdaş­larının sərrast atəşləri nəticəsində platformanın yanğının söndürülməsinə imkan vеrməyən avadanlıqlardan təmizlənməsi, nəticədə Xəzər dənizinin еkоlоgiyasına, həm­çinin dövlət büdcəsinə dəyə biləcək külli miqdarda ziyanın qarşısının alınması, 2015-ci ilin dekabr ayında "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın ilə əlaqədar sərhəd gözətçi gəmilərinin axtarış-xilasetmə işlərində fəal iştirak etmələri qeyd olunmuşdur.
Dəniz sərhədlərinin daha müasir və səmərəli mühafizə sis­teminin yaradıl­ması üçün məqsədyönlü işlər görülmüş, sərhəd gözətçi gəmi­lərinin sualtı mühafizə imkanları gücləndirilmiş, 113 nəfər dəniz sərhədçisi xarıci ölkələrdə kurslara cəlb olunmuş, yeni gəmilər üçün idarəetmə heyətləri hazırlanmış, tətbiq edilən texnikanın istifadə qay­dalarının öyrənilməsi məqsədilə, eləcə də digər mövzularda Sahil Mühafi­zəsinin Tədris Mərkəzində çoxsaylı təlimlər təşkil edilmiş, kurslar keçirilmişdir. Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş vahidlərinin sayının artırılması nəticəsində xidməti sahənin ərazisi xeyli genişlənmişdir. Sahilboyu texniki mü­şahidə məntəqələri şəbəkəsinin yaradılması, dənizdə operativ vəziyyəti açıqlamaq, xilasetmə və dəniz sər­hədlərinin mühafizəsinin kompleks həyata keçirilməsi məqsədilə "SONAR" sualtı akustik sisteminin quraşdırılması, mərkəzləş­dirilmiş idarəetmə sisteminin təş­kil edilməsi, dəniz sərhədlərinin mühafi­zəsinə aviasiya qüvvə­lərinin daha səmərəli şəkildə cəlb edilməsi işləri günün aktual məsələləridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin sentyabr ayının 7-də inşası yekunlaşmış ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olması, dəniz sərhədlərinin və neft-qaz infrastrukturunun mühafizəsi üzrə tapşırıqlar verməsi qürur hissi ilə qeyd edilmişdir. DSX-nin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində az vaxt ərzində altı ədəd üçüncü dərəcəli və bir ədəd ikinci dərəcəli sərhəd gözətçi gəmisi inşa olunaraq döyüş sıralarına daxil edilmişdir. Sərhəd gözətçi gəmiləri, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, müşahidə sistemləri, hidroakustik qurğularla təchiz edil­mişlər.
Müşavirədə məruzə edən DSX-nin Sahil Mühafizəsinin rəisi general-mayor Əfqan Nağıyev 2015-ci ildə dənizdə dövlət sərhədinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana aid hissəsində bioloji re­surs­ların, enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmər­lərinin qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqra­siyaya, qaçaqmalçılığa və brokonyerliyə qarşı mübarizə, eləcə də döyüş hazırlığının yüksəldilməsi, hərbi inti­zamın möhkəm­lən­dirilməsi istiqa­mə­tin­də qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirildiyini bildirmişdir.
Ötən il Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmənistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilmişdir. AR-ə məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və AR-ə məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülmüşdür. İl ərzində DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilmiş, 8 nəfər vətəndaş xilas edilmişdir. Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri - 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılmışdır.
Müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası"na əsasən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana mənsub bölməsində karbo­hidrogen ehtiyatlarının ha­silatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində DSX Sahil Mühafizəsinin uğurlu fəaliyyəti qeyd olunmuşdur.
Hazırda dünyada baş verən proseslər, enerji və maliyyə bazarlarında yaranmış iqtisadi vəziyyət, bunun ölkəmizə təsiri barədə müşavirədə geniş danışılmış, mövcud şəraitin bütün fəaliyyət istiqamətlərində yeni yanaşmalar tələb etdiyi qeyd olunmuş, 2016-cı ildə qarşıda duran vəzifələr müəyyən­ləşdirilmişdir.
Müşavirədə Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxslərinin məruzələri dinlənilmiş, xidməti-döyüş fəaliyyətinin daha da yüksəl­dilməsi, döyüş hazır­lığının möhkəmləndirilməsi istiqamətində zəruri göstərişlər verilmişdir.

DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verdi
DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verdi
Maştağada toy yarımçıq dayandırıldı, 40 nəfər cərimələndi (FOTO/VİDEO)
Maştağada toy yarımçıq dayandırıldı, 40 nəfər cərimələndi (FOTO/VİDEO)
Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası
Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası
Loading Bars
Xəbər lenti
DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verdi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
40 yaşlı kişi özünü evində turnikdən asıb öldürdü
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıya gəlib (FOTO)
Maştağada toy yarımçıq dayandırıldı, 40 nəfər cərimələndi (FOTO/VİDEO)
Əkinlərini düzgün bəyan etməyən fermerlər subsidiyadan məhrum olunacaq - Nazirlik
TAC MMC əməkdaşları iş yerlərində vaksinasiya olunub
Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası
Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir - Rauf Əliyev
Avropa bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üçün iki kredit tranşı ayırıb
Azərbaycan əhalisi 4 ayda alış-verişə 12 milyard manat xərcləyib
Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür - Peskov
İranda koronavirusdan ölənlərin sayı 77 mini ötüb
Sabahdan Azərbaycanda "Sputnik V” vaksinindən istifadə başlanılacaq
TAP vasitəsilə hidrogen tədarükü üzrə investisiya təklifi təqdim olunub
Lüksemburq rəsmiləri erməni lobbisinin təsiri altındadır - Naqif Həmzəyev
Sabahın hava proqnozu açıqlanıb
“Xarıbülbül” festivalı Azərbaycan mədəniyyətinin zənginliyini dünyaya nümayiş etdirdi
"SOCAR Energy Ukraine" premium yanacağın satışını bərpa edib
Azərbaycanda yüksək maaş verilən sahələr açıqlandı
Azərbaycanda 13 mindən çox müəllim iş yerini dəyişmək istəyir
Sabah güclü külək əsəcək
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur (VİDEO)
Ağdamın Çıraqlı kəndində ermənilərin dağıtdığı elektrik təsərrüfatı yenidən qurulub (VİDEO)
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi konfransların qalibləri müəyyənləşib (FOTO)
FHN yanğınla bağlı əhaliyə müraciət edib (VİDEO)
SOCAR-ın Kulevi terminalında daha bir çən tikilir
Kaspersky: Azərbaycandakı kompyuterlərin 42%-də hələ də Windows 7 istifadə olunur
Toyların keçirilməsi hansı halda mümkün ola bilər? - Komitə sədri açıqladı
Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur (FOTO)
Bakıdakı məhşur restoran nöqsanlara görə bağlandı
SOCAR-ın Gürcüstandakı neft terminalından bitum məhsulları yola salınacaq
İrandan Azərbaycana narkotik keçirmək istəyən 5 nəfər saxlanılıb (FOTO)
Son 4 ayda 9 mindən çox piyada cərimələnib
Ali məktəblərdə yaz imtahan sessiyası distant keçiriləcək
"Cənub Qaz Dəhlizi"nin genişlənməsi dayanıqlı bazar tələbindən asılı olacaq - Avropa Komissiyası
Xəzərdə qazma qurğusunun modernləşdirilməsi başa çatıb
3 ayda baş verən yol qəzalarında 125 nəfər ölüb - BDYPİ
Gəncə qatarı Bakı-Sumqayıt xəttinə əlavə edilib
2030-cu ilə qədər piyada zonaları genişləndiriləcək - Yeni layihə hazırlanıb
Bakıda marşrut avtobuslarının 50 faizi yenilənib - Agentlik sədri
ADU-da "Azərbaycan və Çin gəncləri: dünən, bu gün, sabah" adlı seminar keçirilib
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
Tərtərdə qadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Qəbələnin Nic qəsəbəsində yeni məktəb binasının tikintisinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM
Azərbaycan Prezidenti: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
Astarada apteki qarət edən şəxs saxlanılıb
Ötən həftə 140 hektara yaxın ərazi minalardan təmizlənib
Azərbaycanda 250 kilometr uzunluğunda velosiped yolu çəkiləcək
Bərpa olunan enerji mənbələrindən istifadədə dövlətin vəzifələri müəyyənləşib
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə telefonla zəng edib
Bərpa olunan enerji üzrə qiymətlər bu qaydalarla müəyyənləşdiriləcək
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur (VİDEO)
Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısında dəyişiklik edilib
SOCAR bu tarixdən yeni istiqrazlar buraxır
AzTV-dən maliyyə yoxlaması barədə açıqlama
DSX əməkdaşlarının öldürülməsilə bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olundu
Azərbaycan İtaliyaya yeni məhsul ixracına başlayıb
İki xəstəxanada kobud pozuntular aşkarlanıb - Sənədlər prokurorluğa göndərilib
İranda güclü zəlzələ olub, yaralılar var
Bu marşrutda gediş haqqı ucuzlaşdırıldı
Salyanda 5 kəndin yolu yenidən qurulur (FOTO)
Mayın 17-də xarici valyutaların manata qarşı məzənnələri
Hipertoniyadan əziyyət çəkənlərin yarısının öz xəstəliyindən xəbəri yoxdur - SN
Şəkidə ağır yol qəzası, ölən var
Şagirdlər uzun fasilədən sonra yenidən məktəbə yollanıb (FOTO)
Şuşa dirçəlir: Çoxtərəfli turizm potensialı şəhərin şöhrətini daha da artıracaq
Azərbaycanın Türkiyədən hazır geyim idxalı artıb
Göyçayda yük avtomobili yanıb
Tokio Olimpiya Oyunlarının ləğv edilməsinə Yaponiyada rekord sayda səs verilib
COVID-19 Belçika-Azərbaycan münasibətlərində müsbət dinamikaya mane olmayıb - Səfir
ABŞ Yaxın Şərq münaqişəsinin iştirakçıları ilə danışıqlara davam edəcək - Co Bayden
ABŞ-da yük qatarı relsdən çıxdı
Entoni Blinken və Jan-İv Le Drian Yaxın Şərq və Dağlıq Qarabağı müzakirə ediblər
İsrail ordusu Livanla sərhəddəki səd divarı yaxınlığında fələstinlilərə atəş açıb
Türkiyədə koronavirusdan sağalanların sayı 4,94 milyonu ötüb
Qüds yaxınlığındakı sinaqoqda tribunanın çökməsi nəticəsində yaralıların sayı artıb
Kanadada atışma nəticəsində ən azı beş nəfər yaralanıb
Qüds yaxınlığında sinaqoqda tribunanın çökməsi nəticəsində 160-dan çox insan xəstəxanaya yerləşdirilib
Samuxda "Təmiz hava" aylığı ilə əlaqədar tədbirlər davam etdirilir (FOTO)
Dünyada ötən sutka koronavirusa 658 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bu gündən məktəblər açılır
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
Qüdsün yaxınlığında sinaqoq tribunası çöküb, ölənlər var
Azərbaycan xarici ticarətdə müsbət saldoya nail olub
İspaniya La Liqası: "Barselona" ​​çempion olmaq şansını itirib
Qəzza zolağından mayın 10-dan İsrail istiqamətində 2 968 raket atılıb
Ağcabədidə ağır yol qəzası baş verib: 2 ölü, 3 yaralı var (ƏLAVƏ OLUNUB)
Rusiya prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Kürdəmir rayonunda "VAZ" yanıb
Şuşa yenidən dirçəlir və qayıdışa hazırlanır - Deputat
Azərbaycanın Türkiyədən kimyəvi məhsul idxalı 30 faiz artıb
Qaradağda “Shacman” aşaraq yanıb
Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları açıqlanıb
Azərbaycandakı tolerantlıq mühitinin Vətən müharibəsində böyük töhfəsini gördük - Deputat
FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb
Təlimlərdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir (VİDEO)
Bütün xəbərlər