...

Sağlamlıq imkanları məhdud və məcburi köçkün 300 yeniyetmə və gənc Novruz şənliyində (FOTO)

Cəmiyyət Materials 16 Mart 2016 11:37 (UTC +04:00)
Sağlamlıq imkanları məhdud və məcburi köçkün olan 300 yeniyetmə və gənc üçün Novruz şənliyi keçirildi.
Sağlamlıq imkanları məhdud və məcburi köçkün 300  yeniyetmə və gənc Novruz şənliyində (FOTO)

Bakı. Trend:

Martın 15-də Gənclər və İdman Nazirliyi tərəfindən sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün Novruz şənliyi keçirilib.

Bu barədə Trend-ə Nazirliyin Mətbuat katibliyindən məlumat verilib.

Tədbirin keçirilməsində məqsəd - sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclərə dövlət qayğısının daha da artırılması, onların asudə vaxtlarının səmərəli keçirilməsi olub.

Tədbirdə sağlamlıq imkanları məhdud və məcburi köçkün olan 300 nəfər yeniyetmə və gənc iştirak edib.

Qonaqlara baharın gəlişindən xəbər verən Novruz bayramında maraqlı şən səhnəciklər göstərilib ki, bu da iştirakçıların xoş ovqatına, böyük sevincinə səbəb olub.

Azərbaycanın gənc incəsənət xadimlərinin şənlik iştirakçıları qarşısında çıxışları onlar üçün xüsusi bahar sürprizinə çevrilib.

Tədbirdə iştirak edən yeniyetmə və gənclərə bayram şənliyinin sonunda hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti