...

Bakıda ilaxır çərşənbə tədbirindən görüntülər (FOTO)

Cəmiyyət Materials 16 Mart 2016 13:18 (UTC +04:00)
İlaxır çərşənbə münasibətilə Mərkəzi Parkda Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Televiziyasının birgə təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə bayram tədbiri keçirilib.
Bakıda ilaxır çərşənbə tədbirindən görüntülər (FOTO)

Bakı. Trend:

İlaxır çərşənbə münasibətilə Mərkəzi Parkda Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Televiziyasının birgə təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə bayram tədbiri keçirilib. Mədəniyyət və Turizm İdarəsindən Trend-ə verilən məlumata görə, torpağımızın əbədi od saxlancı Atəşgahdan çaparlar dəstəsinin müşayiəti ilə el ağsaqqalı Dədə Qorqudun və Bahar qızının gətirdiyi odla Novruz tonqalı yandırılıb. Sonra söz Dədə Qorquda və Bahar qızına verilib, onlar ilaxır çərşənbə münasibətilə xalqımızı təbrik ediblər.
Gecədə Novruz personajları - Kosa və Keçəlin maraqlı söhbəti, milli geyimli oğlan və qızların rəqsi, incəsənət ustalarının ifaları bayrama əhval-ruhiyyəsini daha da coşdurub.

Qeyd edək ki, teatrlaşdırılmış səhnələrdə və konsert proqramında Mədəniyyət və Turizm İdarəsinin Mədəniyyət Evlərinin dərnək üzvləri və incəsənət ustaları çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti